Top.Mail.Ru

ARAŞDIRMA

TƏCİLİ! KTMT planı işə DÜŞDÜ: İrəvan Qazaxıstan ssenarisini QARABAĞA GƏTİRİR

KTMT qüvvələri Qazaxıstanda “ilk missiyasını” yerinə yetirdiyi vaxt Ermənistan Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutdu: təsadüfi deyil…

Ermənistanın Təhlükəsizlik şurasının baş katibi Armen Qriqoryan iki gün öncə Qazaxıstan hadisələri haqda danışarkən bildirdi ki, “KTMT ilk dəfə böhranlı vəziyyətə müdaxilə mexanizmlərini işə saldı… Biz ümid edirik ki, Ermənistan belə bir vəziyyətlə üzləşəcəyi təqdirdə bu cür köməyi ala biləcək”.

İki gün sonra Ermənistan Kəlbəcər istiqamətində atəşkəsi pozur və bunun İrəvanın KTMT-ni – Rusiyanı Azərbaycanla sərhədə cəlb etmək cəhdi olduğu aydın görünür:

Loading...

– Ermənistan sərhədlə bağlı razılaşmanı qəbul etmək istəmirdi, yalnız 16 noyabr döyüşlərindən sonra Soçidə bunu qəbul etməyə məcbur oldu; Qazaxıstankı hadisələr və KTMT-nin ilk dəfə üzv ölkələrində prosesə müdaxiləsini Ermənistan “yeni fürsət” kimi dəyərləndirir; və sərhəddə yeni toqquşmalarla “Ermənistan ərazisinə müdaxilə” görüntüsü yarada və KTMT-nin bölgəyə gəlişinə zəmin hazırlaya bilər;

Mərkəzi Asiyadan fərqli olaraq, Putinin Cənubi Qafqazdakı razılaşmaları təhlükə altına atması ehtimalı zəif görünür. Lakin Paşinyan Ermənistanın KTMT-yə rəhbərliyindən və təşkilatın “ilk müdaxilə” presedentindən istifadə edərək, Rusiyanın dəstəyini əldə etmək və ən azı sərhəd razılaşmasından qazanclı çıxmaq istəyir: Ermənistanın bu məqsədlə sərhəddə hücumları intensivləşdirə və genişləndirəcəyi istisna deyil…

Asif Nərimanlı

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button