Top.Mail.Ru

ARAŞDIRMA

Qazaxıstan GİZLİNLƏRİ – Böyük dövlətlərin böyük maraqları xalqı qardaş qırğınına VERİR

Keçmiş Sovet Respublikalarının ərazisində baş verən hadisələr fonunda Rusiyanın ardıcıl olaraq həmin ərazilərə sülhməramlı adı altında müdaxiləsi davam etməkdədir. Qazaxıstanda baş verənlər bunu bir daha təsdiq edir.

Etirazçıların önündə hər hansı siyasi bir qüvvənin görünməsi barədə məlumat verilmədi. Hadisələrin xronologiyasına nəzər salsaq görərik ki, bu düşünülmüş və ssenarisi əvvəlcədən müəyyən edilmiş hadisədir. İnsanlar qazın qiymətinin artırılmasına etiraz edir. Dövlət dərhal etiraza reaksiya verib, qiyməti sabit saxlamaq barədə qərarı elan edir. Ancaq bunun heç bir faydası olmur. Etirazlar daha da genişlənir. Etirazçılar arasındakı müxtəlif qruplar meydanı ələ alır. Və silahlar paylanılır.

Bu o anlama gəlmir ki, qarşıdurma idarə edilmir

Loading...

Baş verən hadisələrdə ən vacib faktlardan biri də prezidentin xalqa rus dilində müraciət etməsidir. Bunun ardınca isə hadisələrdə müxalif kimi təqdim edilən narazılar da rus dilində etiraz videosu yayımlayır. O qədər mürəkkəb və çox səbəbli hadisələr cərəyan edir ki, ilk olaraq hadisələrin təşkilatçısı kimi nəzərlər Nursultan Nazarbayevin üzərində daynanır.

Bir neçə gün susqunluq

Nəhayət, Lukaşenko dövriyyəyə daxil olur və Nazarbayev tapılır. Daha sonra isə Nazarbayev prezidentə dəstək nümayiş etdirir. İğtişaşçı adlandırdıqları kütləyə silahı yerə qoymağa çağırış edir. Həbslər başlayır. Prezident terrorçuların 20 minə qədər olduğunu və xaricdən təlimat aldıqlarını, dövlətin müstəqilliyinin təhlükədə olduğunu səbəb gətirərək KTMT-ə müraciət edir. Türk Dünyası Təşkilatının başında duran ən önəmli türk dövləti Rusiya tərəfindən sülhməramlı adı altında işğal edilir.

Qazaxstan xalqının haqqı darmadağın olunur.

Nəticədə isə böyük dövlətlərin böyük maraqları xalqı qardaş qırğınına verir. Faciə ilə müşayiət olunan hadisələr xalqın kütləvi şəkildə başıpozuq rəhbəri tərəfindən güllələnməsini reallaşdırdı.

Hadisələrin gedişi onu göstərir ki, Qazaxıstan hadisələrinin yaranması düşünülmüş ssenari üzrə cərəyan edib. Qazaxıstanda iğtişaş baş verir, Putin isə guya dini ayinlər icrasındadır. Tam sakit və olanlardan xəbərsiz.

Moldaviya, Gürcüstan , Azərbaycan, Ukrayna, Qazaxıstan…

Bu sıralama ilə Rusiya artıq hər yerdədir.

Görünən budur…

Subut Mehdiyev

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button