Top.Mail.Ru
ARAŞDIRMA

Azərbaycandan Əfqanıstanla bağlı mühüm QƏRAR: “Taliban”ın sərt idarəetməsi… – ŞƏRH + FOTO

“Azərbaycanın Əfqanıstanda səfirliyi 2024-cü ildən yenidən fəaliyyətə başlayacaq. Doğru qərardır. “Taliban” paytaxt Kabili ələ keçirməmişdən əvvəl Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Əfqanıstanın keçmiş hakimiyyətləri ilə sıx əməkdaşlıq edir, bu ölkəyə maliyyə dəstəyi verir, humanitar yardımlar göndərir, əfqan bürokratlar Bakıda ixtisasartırma kurslarında iştirak edirdilər”.

Bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Saytların yığılması Saytların yığılması

O, “Taliban”ın Əfqanıstanda real güc olduğunu və bununla hesablaşmaq məcburiyyətində qaldığımızı dilə gətirib: “Taliban” Əfqanıstanda real gücdür və bununla hesablaşmaq məcburiyyətindəyik. “Taliban”ın Əfqanıstandakı sərt idarəetməsi xoşumuza gəlməyə bilər, ancaq mövcud rejimlə dialoq imkanlarından imtina etməməliyik. “Taliban” rəhbərliyi də Azərbaycanın Kabildə səfirliyinin fəaliyyətə başlaması arzusunu bir neçə dəfə ifadə edib. Bir qisim ölkə Kabildə səfirliyini bərpa edib. Biz bu prosesdə geridə qala bilmərik”.

Politoloq qeyd edib ki, Çin Əfqanıstanda böyük layihələr reallaşdırmaq istəyir: “Pekin Əfqanıstandan kommunikasiya xətlərinin keçməsini planlaşdırır. Gələcəkdə Əfqanıstanla Azərbaycanı birləşdirən ortaq layihələrin reallaşdırılması da mümkündür”.

Bənzər yazılar