Top.Mail.Ru
ARAŞDIRMA

Dolları olanlara pis xəbər – Uzunmüddətli ucuzlaşacaq

ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçmiş rəhbəri və hazırda Maliyyə naziri postuna namizədliyi irəli sürülən Canet Yellen dolların uzunmüddətli enişinə səbəb ola bilər.

Kaim.az-ın məlumatına görə, bunu “Bloomberg”ə müsahibə verən mütəxəssislər bildirib.
Nəşrin bildirdiyinə görə Canet Yellen dövlət büdcəsi hesabına milli iqtisadiyyatın likvidliyini artırmağı planlaşdırır.
“National Australia Bank Ltd”nin mütəxəssisi Rodriqo Ketril bildirib ki, FED-in keçmiş rəhbərinin mövqeyi yeni hökumətin dolların düşməsinin qarşısını almaq üçün planlarının olmamasını göstərir.
“Australia & New Zealand Banking Group Ltd” şirkətinin mütəxəssisi Hun Qoya görə Amerika hökuməti dolların zəifləməsinə etiraz etmir. Buna, Yellenin milli valyutanın bazar məzənnəsinə riayət etmək niyyətində olduğu xəbərləri də işarə edir.
Yeni prezident Co Baydenin and içməsi belə dollara kömək etməyib. Gün ərzində Foreks bazarlarında dollar ucuzlaşıb – Avro/Dollar məzənnəsi 1,212 səviyyəsinə düşüb. (Report)

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir