Top.Mail.Ru
ARAŞDIRMA

İslamda halal və haram heyvanlar: sünni və şiə alimlərinin fitvaları nəyi yeməyi qadağan edir? – ARAŞDIRMA

Haram və halal qidalar haqda Modern.az-ın araşdırmaları xeyli əlavə sorğular doğurduğundan mövzuya daha dərindən yanaşmaq qərarı verildi. Təbii ki, məsələyə yanaşarkən, İslamdakı məzhəbi fərqləri də nəzərə almaq lazım gəldi. Çünki Quran hökmləri olan yasaqlar məsələsində (məsələn, donuz əti, qan və s.) ümumi rəy mövcud olsa da, bəzi məsələlərdə ixtilaflı məqamların varlığı danılmazdır.

Müsəlmanlar arasında xüsusi mübahisə doğuran dəniz qida məhsullarıdır. Əlbəttə, “Təzə ət yeməniz üçün dənizi sizin xidmətinizə verən Allahdır” (“Nəhl” surəsi, 14) ilə “Dənizdə ovlanmaq və onları yemək sizə halal qılındı ki; həm sizə həm də yolçu olanlarınıza faydalı olsun” (“Maidə”, 96) ayələri dəniz nemətlərini müsəlmanlara halal bilir. Əhli-sünnə məzhəblərinin yaradıcıları olan imamlar – Şafei, Maliki və Hənbəli dəniz heyvanlarının, yəni suyun içindən başqa bir yerdə (yəni quruda) yaşaya bilməyən heyvanların hamısını halal hesab edirlər. Lakin bu məsələdə fərqli mövqelər də nəzərə çarpır. Belə ki, maliki şəriəti heç bir dəniz heyvanını istisna etmədiyi halda, hənbəli şəriəti ankvil balığını xəbis saydığı üçün, şafeilərdə isə qurbağa, yencək və timsah kimi həm dənizdə, həm də quruda yaşaya bilən heyvanların yeyilməsini haram bilir.

Saytların yığılması Saytların yığılması

Ən böyük sünni məzhəbi olan hənəfiliyə görə isə balıq surətində olmayan dəniz heyvanlarının ətlərini yemək ümumən haramdır. Bu şəriətə görə, yalnız daim suda yaşayan, suya sığınan heyvanlardan hər növ balıq əti yeyilə bilər. Qalxan balığı, sazan balığı, delfin, ankvil balığı bu qəbildəndir. Lakin digər su heyvanlarının yeyilməsi məqbul deyil. O cümlədən xərçəng və dənizdə yaşayan digər balıq olmayan heyvanlar, o cümlədən  səkkizayaqlı ilbiz, kalmar, dəniz donuzu, dənizatı, dənizayğırı, meduza, dənizayısı kimi heyvanlar və yencək, midyə, xərçəng, krevet, dəniz ilbizi haram sayılır. Qızılbalıq, paltus balığı, delfin, balina, ilan balığı yeyilir. Halbuki Şafei, Maliki və Hənbəli məzhəblərində onlar haram sayılmır.

Əhli-sünnə alimləri vəhşi eşşək, dovşan, varan (səhra kərtənkələsi) ətini halal sayır. Lakin Buxari, Əbu Davud, Müslim və Tirmizi kimi ravilərin (hədis müəlliflərinin) aid rəvayətlərdə eşşək, qatır, meymun, habelə köpək dişli yırtıcı heyvanlar (canavar, aslan, yaquar, pişik və s.) və pəncəli quşlar (kərkincək quşu, qartal, şahin, qırğı quşu, qızıl quş) halal bilinmir.

Sincab, samur, dələ, skuns kimi heyvanlarla bağlı sünni məzhəblərində fərqli fitvalar mövcuddur. Məsələn, Şafei şəriətinə görə, tülkü, kaftar, samur, sincab və dələ yeyilən hesab olunur.

At əti – şafeilikdə və hənbəlilikdə – halal, malikilərdə – haramdır.

Kirpi və kərtənkələ də ilk iki şəriətə görə halaldır.

Ovunu pəncəsi ilə tutan və leş yeyən: çalağan, qartal, çərkəz, quzğun, leş qarğası, yarasa, qırğı, şahin, qağayı, leylək, flaminqo, vağ, leylək kimi quşlar yeyilməz.

Həşərat, yəni torpaq içində yuvası olan kiçik heyvanlar əhli-sünnədə halal deyildir.

Qağayı hənəfi və hənbəli şəriətində – yeyilməz, malikidə isə qağayı və balıqcıl yeyilir. Şafeidə – qaranquş, tovuzquşu, birəbitdən, tutuquşu yeyilməz. Qağayı, balıqcıl kimi dəniz quşları isə yeyilir.

Şiə məzhəbində at, qatır və uzunqulaq haram qismindədir. Yırtıcı heyvanların: şir, bəbir, canavar, pələng, ayı, çaqqal, kaftar, tülkü və s. də bu hökmdədir.

Bəzi adamlarda mübahisəli fikirlər yaradan dovşan və kirpi əti haramdır. Çünki dovşan, məsələn, digər 12 sığal çəkilən (fil, ayı, donuz, meymun, ankvil balığı, kərtənkələ, yarasa, lavra, əqrəb, hörümçək) heyvanlardandır.

Porsuq, siçan, siçovul, dələ, sincab kimi heyvanların haram olduğu hədislərdə qeyd olunur.

Dəniz məhsullarına gəlincə, şiə məzhəbində pullu ballıqların hamısı halal hesab edilir. Hətta dəniz dibində yaşadıqlarına görə qabığı tökülənlər də. İlanbalığı, angvil və skorbit balığı pulsuz olduqlarına görə haram balıqların sırasına daxildirlər. Onların haram olması barədə Əhli-Beytdən (ə.) kifayət qədər hədislər nəql olunub.

İlbiz, tısbağa, qurbağa, xərçəng və bütün suda-quruda yaşayanlar haramdır.

Krevetlərə gəlincə isə fəqihlər (İslam hüquq alimləri) onların halal olduğunu yazırlar. Bu, uzunburun adlı ağ balıq növünə də aiddir.

Ümumən yeyilməsi halal olan balıqların kürüləri halal, haram olan balıqların kürüləri isə haramdır.

Bənzər yazılar