Top.Mail.Ru
ARAŞDIRMA

Kremlin səbri tükəndi, İrəvana ultimatum verdi: Rusiyanın “erməni planı” artıq Putinin masası üzərindədir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın “qırmızı cizgiləri” çoxdan aşan davranışlarına bundan sonra səbr göstərilməyəcəyi barədə sərt xəbərdarlıq mesajı verdi… İndi Kremlin Ermənistanla bağlı hər ötən gün daha da dərinləşən problemi ən qısa müddətdə həll etmək üçün rəsmi bəhanə qazanmağa çalışdığı barədə də müəyyən məlumatlar mövcuddur…

Cənubi Qafqazda geopolitik savaş artıq daha fərqli mərhələyə keçmək üzrədir. Belə ki, hazırda cərəyan edən geopolitik proseslər həlledici xarakter daşıya bilər. Hər halda, ABŞ və Qərb Cənubi Qafqazda irəliləyə biləcəyi son həddə çatmaq üzrədir. Rusiya isə geri çəkilə biləcəyi qədər mövqelərini artıq əldən vermiş kimi görünür. Yəni, müəyyən mənada, hər iki qarşıduran tərəf maksimum və minimuma yaxınlaşmağa başlayıb. Bundan artıq ABŞ və Qərbin təzyiqləri, eləcə də, Rusiyanın müqavimət cəhdləri Cənubi Qafqazda geopolitik tarazlığı ciddi şəkildə poza bilər.

Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda geopolitik tarazlığın pozulması ilk növbədə Ermənistana qarşı real təhlükələr vəd edir. Çünki məhz Ermənistan hazırda ABŞ və Qərblə Rusiya arasındakı regional qarşıdurmanın əsas hərbi-siyasi poliqonu rolunda çıxış edir. Rəsmi İrəvan ABŞ və Qərbin təlimatları ilə Rusiyaya qarşı “proxsy güc” mövqeyində yer almaqdadır. Paşinyan hakimiyyəti Ermənistanın keçmiş əsas və indiki formal strateji müttəfiqini – Rusiyanı geopolitik zərbələrə məruz qoymaqdadır. Və Kreml hələlik rəsmi İrəvanın bu xəyanətinə münasibətdə konkret reaksiya modelini dəqiqləşdirməyə imkan tapmayıb.

Saytların yığılması Saytların yığılması

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Məsələ ondadır ki, Qərb siyasi dairələri hazırda Paşinyan hakimiyyətinə Rusiya sərhəd qoşunlarının Ermənistandan çıxarılması barədə konkret təlimat veriblər. Rəsmi İrəvansa, müəyyən narahatlıq içərisində olsa, bu təlimatı icra etməyə çalışır. Halbuki, Paşinyan hakimiyyəti Rusiyaya qarşı atılan addımların, xüsusilə də, Ermənistanın Kremlin patronajlığı altında olan KTMT-dan çıxmaq niyyətini biruzə verməsinin doğura biləcəyi təhlükəli nəticələri də təxmin etməmiş deyil. Və bunun Ermənistana geopolitik fəlakət vəd etdiyini Kremlin son isterik davranışlarından da anlamaq mümkündür.

Maraqlıdır ki, rəsmi İrəvan da atdığı son addımların doğura biləcəyi nəticələrdən qorxduğunu gizlətməkdə çətinlik çəkir. Ermənistanın baş qərargah rəisi bu barədə danışarkən, ölkəsinin KTMT-nı tərk etməklə bağlı mövzunu hələlik müzakirə etmədiyi vurğulayıb. O, bildirib ki, Ermənistanın KTMT-dan çıxacağı təqdirdə, üzləşəcəyi situasiya dövlət sirri kateqoriyasına daxildir. Və bu, erməni-siyasi dairələrinin absurd yanaşmasının ən bariz nümunəsidir.

Çünki baş verməmiş hansısa hadisənin ehtimal edilən nəticələri dövlət sirri hesab oluna bilməz. Erməni baş qərargah rəisinin bu absurd yanaşması isə bu mövzunun müzakirəsinin dolayısı ilə qadağan edilməsindən başqa bir şey deyil. Digər tərəfdən, Ermənistanın KTMT-nı tərk edəcəyi təqdirdə, Rusiyanın verəcəyi reaksiyanı əslində, bir az məntiqə bağlı ermənilərin hamısı yəqin ki, anlayır. Və bu baxımdan, rəsmi İrəvanın KTMT ilə bağlı manevrlərinin Ermənistanı real təhlükə ilə üz-üzə qoyduğunu gizlətmək cəhdləri sadəcə, mümkün deyil.

ermeni-rus-ktmt.jpeg (136 KB)

Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti ABŞ və Qərbin Rusiya əleyhinə təlimatlarını can-fəşanlıqla icra etsə də, buna paralel olaraq, həm də ciddi şəkildə qorxu içərisindədir. Baş nazir Nikol Paşinyan bir neçə gün önsə öz yaxın ətrafı ilə keçirtdiyi qapalı toplantıda etiraf edib ki, Qərb Rusiyaya qarşı konkret addımların atılmasını tələb edir. Bunun təhlükəli proses olduğunu vurğulayan erməni baş nazir Ermənistan üçün yeganə çıxış yolunun dərhal Avropa Birliyinə üzvlüklə bağlı rəsmi müraciətin edilməsinə bağlıdır. Belə anlaşılır ki, rəsmi İrəvan Avropa Birliyinin həmin müraciət sayəsində Ermənistanı Rusiya təhlükəsindən qoruya biləcəyinə ümid bəsləyir.

Halbuki, bu da erməni məntiqsizliyindən qaynaqlanan absurd ümidlərdən başqa bir şey deyil. Belə ki, Avropa Birliyinin müdafiəsinə ümid bəsləmək üçün ilk növbədə bu quruma rəsmən üzv olmaq lazımdır. Ermənistanın isə hətta rəsmi müraciət göndərsə belə, Avropa Birliyinə hətta yaxın yüz ildə üzv olmaq şansları mövcud deyil. Çünki Avropa Birliyi rəsmi İrəvana bol-bol vədlər versə də, əslində, Ermənistan kimi gələcəyi qeyri-müəyyən ölkəni öz sıralarına qatmaqla, əlavə problemlərlə üzləşməyə həvəsli olmaz.

Üstəlik, Avropa Birliyi hansısa üzvünü xarici hərbi müdaxilədən müdafiə etmək üçün mexanizmlərə də malik deyil. Bu qurumun üzvlərinin hərbi təhlükəsizliyi Avropa Birliyi ölkələrinin həm də NATO sıralarında təmsil olunası hesabına təmin edilir. Deməli, Ermənistan Rusiyadan qorunmaq üçün həm də NATO-ya üzv olmağa çalışmalıdır. NATO-ya hazırda ən yaxın postsovet dövləti olan Ukraynanın belə, bu quruma üzv ola bilmədiyini nəzərə aldıqda, Ermənistanın bu barədə düşünməsi sadəcə, yalnız “fantastik erməni xəyalları”na faydalı ola bilər.

1536746208_fr.jpg (295 KB)

Göründüyü kimi, rəsmi İrəvan boş xəyallara, ümidlərə və Qərbin reallıqdan uzaq vədlərinə dayanaraq, Rusiya ilə münasibətlərini gərginləşdirməkdə davam edir. Halbuki, Kremlin səbrinin sona çatmaq üzrə olduğu da artıq inkaredilməz reallıqdır. Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın atdığı son addımları qeyri-dost ölkənin davranışları kimi dəyərləndirib. Onun fikrincə, rəsmi İrəvan mövqeyini dəqiqləşdirib, artıq birmənalı şəkildə bəyan etməlidir: “Ermənistan artıq konkret qərarını verməlidir ki, ya bizimlədir, ya da bizimlə deyil. Rusiya da məhz bu qərara uyğun davranmaq niyyətindədir”.

Rusiya xarici işlər nazirinin bu mesajı əslində, Kremlin Ermənistana açıq şəkildə ultimatum verdiyi anlamına gəlir. Belə anlaşılır ki, rəsmi İrəvan rus diplomatın dediyini edərsə, Rusiya Ermənistana münasibətdə konkret addımlar atmaq niyyətindədir. Hətta bəzi məlumatlara görə, Rusiyanın Ermənistana cavab reaksiyasının planı da artıq ən incə detallarına qədər hazırlanıb.

Prezident Vladimir Putinin masası üzərində olduğu iddia edilən həmin planın reallaşdırılması üçün rəsmi İrəvanın son həlledici addımı da atmasının gözlənildiyi bildirilir. Və indi Kremlin hətta səbrsiz olduğu, Ermənistanla bağlı problemi ən qısa zamanda həll etmək üçün rəsmi bəhanə qazanmağa çalışdığı barədə də müəyyən məlumatlar mövcuddur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bənzər yazılar