Top.Mail.Ru
ARAŞDIRMA

Pnevmoniya ölümlə nəticələnə bilər – Bu şəxslər daha diqqətli olsunlar

Son zamanlar ağciyərlərin pnevmoniyası halları artıb. Bəs pnevmoniyanın əlamətləri nədir, müalicə yolları hansı formada olmalıdır?

Saytların yığılması Saytların yığılması

Bu barədə Milli.Az-a Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar məlumat verib:

“Pnevmoniya, el arasında “sətəlcəm” adı ilə tanınan ağciyərlərin iltihablanmasıdır. Bu, iltihabı bakteriyalar, viruslar və bəzən də göbələklər yarada bilər.

Bu zaman ösksürmə, yüksək qızdırma, üşütmə və titrəmə, bəzən bəlğəm ifrazı, təngnəfəslik, baş ağrısi, sinədə ağrı, yorğunluq və halsızlıq, qarınağrısı və qarında şişkinlik ola bilər, qusma, ya da ürəkbulanma ola bilər, 65 yaş üstü insanlarda bilinç bulanıqlığı müşahidə edilə bilər.

Müalicəsi törədiciyə görə aparılır:

Bakterial olduqda müalicəsinə antibiotiklər, virus olduqda antivirallar, göbələk olduqda isə  antifunqallardan istifadə edilir.

2 yaşdan kiçik uşaqlar, 65 yaşdan böyük insanlar, yanaşı xroniki xəstəliyi olanlar və immun sistemi çox zəif olan insanlar üçün pnevmoniya ölümcül ola bilər”.

Milli.Az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir