Top.Mail.Ru
ARAŞDIRMA

SON DƏQİQƏ! 8 kəndimiz AZAD EDİLİR

Ermənistanın idarə və infrastruktur nazirləri Qnel Sanosyan deyib ki, Ermənistan SSR ərazisindəki Azərbaycananklavları məsələsi iki dövlət nəzarəti ilə bağlı tədbirlər planı və delimitasiyası ilə təmin edilməlidir.

“Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitiyaproseslər anklavlarla bağlı suallara cavablar cəhdlər”, -Q.Sanosyan deyib.

Saytların yığılması Saytların yığılması

Mahiyyət etibarilə Q.Sanoyan Azərbaycanın XİN rəhbəri CeyhunBayramovun Bakıda brifinqdə söylədiklərini az qalasözbəsözlərini təkrarladı. Bu, o deməkdir ki, hazırda Ermənistan ərazisində işğal altında olan 8 kəndimizə bağlı Bakı ilə İrəvan arasında anlaşmaolmasa belə, bu ərazilərlə bağlı məsələlərin yenidən həll edilməsi ilə bağlı razılaşma var.

Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin normallaşmasına yönəlmiş prosesdavam edir. Hadisələrin axarı göstərdi ki, Bakı İrəvanrətdanışıqlarda vasitəçilərin olduğu görüşlərlə daha yaxşı bilirlər, effektiv nəticə əldə edə bilirlər. Ermənistan ərazisində yerləşən ərazilərdə işğal altında olan yaşayış məntəqələrimizə malikdir, onlar Qazax rayonunun YuxarıƏskipara, Aşağı Əskipara, Bərxudarlı, Sofulu, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrimli kəndləridir. Onlardan kəndlərdən YuxarıƏskipara, Bərxudarlı və Sofulu Ermənistan ərazisində anklavdır.

İşğal altında qalan Kərki kəndi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonununa daxildir. Bu kənd Ermənistanın ərazisi iləahatə olunan anklavdır.

yaşayış məntəqələrinin sahələri belədir:

  1. Yuxarı Əskipara – 8.6 kv. km 2. Aşağı Əskipara – 9,1 kv. km 3. Bağanıs Ayrım – 40 kv. km 4. Barxudarlı – 10,1 kv. km, 5. Sofulu – 22 kv. km, 6. Qızılhacılı – 11 kv. km, 7. Xeyrimli – 4,1 kv. km, 8. Kərki (Naxçıvan MR) – 19,2 kv.km.
  2. Anklav kəndlərimiz Ermənistanın Tavuş və Ararat vilayətlərininəhatəsində yerləşir. Bu yaşayış məntəqələri 1990-cı illərdə,Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğalolunub. İşğal faktına görə kəndlərin heç birində azərbaycanlı əhaliqalmayıb. Onlar Qazax rayonu ərazisində məskunlaşdırılblar. Anklavlar sovet dövründə yaranıb. Bu gün Azərbaycan həminkəndlərin haqlı olaraq qaytarılmasını tələb edir. Əgər Ermənistanölkəmizin 86.6 min kvadratkilometrlik ərazisini tanıyırsa, buəraziləri də qeyd-şərtsiz təhvil verməlidir. Azərbayan dövlətininrəsmi mövqeyi ondan ibarətdir ki, iki ölkə arasında sərhədlərindelimitasiya prosesi çərçivəsində bu kəndlər geri qaytarılmalıdır.Azərbaycanın bu haqlı mövqeyinə beynəlxalq səviyyədə də dəstəkverilir. Xatırladaq ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanböhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən ayın əvvəlindəErmənistanın işğalı altında olan Azərbaycanın 8 kəndininqaytarılması məsələsinə toxunaraq bildirmişdi ki, bu kəndlərləbağlı məsələ delimitasiya çərçivəsində həll olunmalıdır: “Bukəndlərin statusu ilə bağlı Ermənistanda da müxtəlif fikirlər var.Delimitasiya prosesi zamanı bu məsələlər öz həllinitapmalıdır”. Ermənistanın Naxçıvanın Sədərək rayonunun Kərki və QazaxınSofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara,Aşağı Əskipara, Xeyrimli kəndlərini azad etmək əvəzinə, bukəndlərin Azərbaycana məxsusluğunu sual altına qoyması rəsmiİrəvanın hələ də ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyinigöstərir. Xatırladaq ki, bir neçə il əvvəl Brüsseldə Azərbaycan iləAvropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri”sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyiilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığınındəstəklənməsinə sadiqliyi ifadə olunub. Azərbaycanın ərazibütövlüyünün bərpa olunması üçün bu sənəd də hüquqi baza rolunuoynayıb. Artıq postmünaqişə dövründə Azərbaycanın yaratdığıreallıqları Avropa İttifaqı da qəbul edir. Ermənistanın faktiki işğalındakı yaşayış məntəqələrinin azadedilməsi və Azərbaycana qaytarılması beynəlxalq hüquq çərçivəsinləbaş verəcək prosesdir. Erməni revanşistlər, ifrat millətçilər və irqçilik xəstəliyinindaşıyıcısı olan şəxslər bunun mümkün olmadığını, kəndlərin azadedilməsinin “Ermənistanın ərazilərinin itkisi” olduğunu desələr də,belə aqressiv ritorikanın heç bir perspektivi yoxdur. Baş nazir Nikol Paşinyan hakimiyyətinin diplomatiyası nəqədər diletant və yarıtmaz, rəsmi İrəvanın xarici gücmərkəzlərindən asılılığı nə qədər güclü olsa da, bölgədə fasiləsizgərginlik və risklərin azalmaması şəraiti ermənilərin gələcəyinitəhdid altına alır. Bakı ilə İrəvan arasında sülh sazişi, habelə şərti dövlətsərhədinin delimitasiyası və demarkasiyası bütün problemlərin həlliolmasa da, Ermənistanı ciddi çağırışlardan və faktiki kollapsdanqoruya bilər. Azərbaycana məxsus 8 kəndlə bağlı məsələ indi İrəvanı yeniritorika axtarışlarına və sülh sazişinin imzalanması prosesindəsüni maneələr yaratmağa sövq ediliməsi üçün kənar qüvvələrəbəhanədir. Vəziyyətin gərginləşdirilməsində Fransanın rolu çoxböyükdür. Rəsmi Paris indi İrəvanı yeni qarşıdurmaya və Bakı ilə mümkünqədər sərt məcrada təmaslara təhrik etməyə çalışaraq CənubiQafqazdakı proseslərə birbaşa müdaxilə etməkdədir. Regional geosiyasi konfiqurasiyalara kobud təsir etməklə mənfəətəldə etməyə çalışan sadəcə, Fransa deyil: bir neçə dövlət də CənubiQafqazda süni gərginlik yaratmaqla merkantil hədəflərə çatmaq,məqsədlərini reallaşdırmaq istəyirlər. Halbuki yaşananlar, xüsusilə də bölgədən çox uzaq dövlətlərinproseslərə uğursuz müdaxilə cəhdləri təhrik və sövqetmətaktikasının məntiqi nəticə vermədiyini dəfələrlə göstərib. Cənubi Qafqazda sülh və stabilliyin yolu AzərbaycanlaErmənistan arasında sülh sazişinin imzalanmasından, şərti dövlətsərhədinin delimitasiyası və demarkasiyasından, habeləErmənistandakı kəndlərin Azərbaycan yurisdiksiyasınaqaytarılmasından keçir.Bu, sülh, inkişaf, təhlükəsizlik yoludur. Yerdə qalanlarsa isə yolu qapatmağa çalışanların irəlisürdükləri boş iddialardır. bizimlider.az

Bənzər yazılar