Top.Mail.Ru
ARAŞDIRMA

Ukrayna Donbası Rusiyaya təhvil verir?

Noyabrın 30-da Ukrayna prezidenti Volodimir Zelenski Nikolaev şəhərində tələbələrlə keçirdiyi görüşdə belə dedi ki,Donbası Rusiyanın işgalından xilas etmək çətin olacaq,çünki orada yaşayan insanlar bunu istəmir.Zelenskiyə görə,on illik düşmənçilikdən sonra Donbas əhalisi Ukraynanın nəzarəti altında yaşamagı istəməyəcəklər.Ukraynanın dövlət başçısı hesab edir ki,işgal olunmuş torpaqlardan əvvəl oradakı regionda yaşayan insanları geri qaytarmaq lazımdır.
Digər tərəfdən,Ukraynanın xarici işlər naziri Dmitri Kuleba da bəyan etmişdi ki,ölkəsi NATO-ya tamhüquqlu üzv olmaq üçün suveren ərazilərindən imtina etməyəcək.Məsələ bundan ibarətdir,hazırda Ukraynadakı siyasi və hərbi isteblişment arasında ciddi fikir ayrılıqları,ziddiyyətlər yaşanır və bunun nəticəsində Kiyevin rus işgalçılarına qarşıəks hücum planı fiaskoya ugrayıb.Məşhur amerikalı siyasət yazarı Seymur Herşin son məqaləsində yazılanlara inansaq,belə nəticə hasil olur ki,Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı rusiyalı həmkarı Valeri Gerasimovla müharibənin sonlandırılması istiqamətində gizli danışıqlar aparır.Nəzərə almalıyıq ki,Seymur Herş kifayət qədər məlumatlı biridir və yəqin ki,danışıqlar haqqında ciddi məlumatlara çıxışı var.
Dogrudur,S.Herş məqaləsində “anonim”mənbədən məlumat aldıgını deyir,lakin Ukraynadakı son prosesləri nəzərə alsaq belə qənaətə gələ bilərik ki,Kiyev ən azından atəşkəs rejiminə meyillidir.Buna rəgmən,hazırda Rusiya ilə danışıqları qəbul etməyən əsas fiqurlar prezident Volodimir Zelenski və prezident adminstrasiyasının rəhbəri Andriy Yermakdır.Faktiki olraq,Silahlı Qüvvələrin Baş komandanı Valeri Zalujnı və ona yaxın genralitetlə prezident Zelenski və tərəfdarları arasında müharibənin davam etdirilməsi istiqamətində dərin fikir ayrılıqları var.Yəni,müharibə dövründə belə Ukrayna hakim elitası daxilində monolitlik yox səviyyəsindədir.Və bu,istər-istəməz həm ordu daxilində motivasiyanın,döyüş əzminin zəifləməsinə,həm də xaricidən gözlənilən dəstəyi də azaldır.
Üstəlik,İsrail-HƏMAS konfrantasiyası Kiyevin əsas dəstəkçiləri-ABŞ və Avropa İttifaqı ölkələrinin əsas diqqətini Yaxın Şərqə yönəldib.Şübhəsiz ki,bu reallıgı Kiyevdə də başa düşürlər.
Konkret olaraq,Zalujnı-Gerasimov arasındakı məxvi danışıqlara gəlincə,proses əsasən iki istiqamətdə gedir:Kiyev hazırda Rusiyanın işgal etdiyi ərazilərdən imtina etməlidir(Krım da daxil).Digər detal isə bundan ibarətdir ki,Rusiya bir şətlə Ukrananın NATO-üzvlüyünə razı olacaq ki,bu ölkənin ərazisində həbi alyansın hərbi mövcudlugu olmayacaq.YəniUkrayna kagız üzərində NATO üzvü ola bilər.Hərçənd ki,Kreml dünənə qədər Ukraynanın “neytral”dövlət olmasında,heç bir hərbi və siyasi bloka qoşulmamasında israr edirdi.Əgər Ukrayna ikinci şərtə razılaşsa,bu,NATO-praktikasında bir ilk olacaq.Şəxsən mənə hər iki variant hətta sülh predmeti olarsa belə,inandırıcı gəlmir.
Cəbhədə aktual vəziyyət isə belədir ki,ruslar Avdiyevkanın böyük hissəsini və Marinkanı tam ələ keçiriblər.Görünür,başda general Valeri Zalujnı olmaqla,genralitet məglubiyyət ehtimalını sezirlər və tam kapituliyasiyadansa ruslarla müəyyən məsələlərdə ortaq məxrəcə gəlmək istəyirlər.
Qərb mətbuatı da son vaxtlar bir detalı vurgulayır ki,Ukraynaya hərbi dəstək əvvəlki kimi olmayacaq və hətta bu ölkənin qərb strukturlarına inteqrasiyası qarşıdakı on ildə əsla mümkün görünmür.

“Sülh” Araşdırmaları İnstitunun rəhbəri Kamal Əliyev 

 

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar