Top.Mail.Ru
ARAŞDIRMA

Yaşı 70-i ötmüş deputatlardan kimlər seçkiyə gedir?

Vahid Əhmədov hələlik qərar verməyib, Aqil Abbasa görə  seçici kimə səs verəcəksə, o da gəlib parlamentdə oturacaq, bəs Musabəyov? 

Növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmdədir. Parlamentdə kimlərin yenidən mandat alacağı, 70 yaşı ötmüş millət vəkillərinin yenidən seçilmək, Milli Məclisdə təmsil olunmaq şansları ilə bağlı açıq suallar var.

Saytların yığılması Saytların yığılması

Teleqraf.com-un sorğusunda iştirak edən Milli Məclisin 70 yaşı ötmüş deputatları fərqli fikirdədir.

Sabiq deputat Fəzail Ağamalı haqqında ŞOK FAKTLAR açıqladı | KONKRET

 Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı erkən parlament seçkilərinin real olmasına diqqət çəkib.  Millət vəkilinə görə, deputat kimi üzərinə düşən vəzifələri uğurla icra edə bilməyənlər kənarda qalacaq: “Hazırda parlamentdə 10 deputat mandatı yeri boşdur. Bu da 10 yeni deputatın gəlməsi deməkdir. Eyni zamanda elə deputatlar var ki, yenidən parlamentə seçilmək istəmirlər və ya belə şansları yoxdur. Beləliklə də təbii proseslər nəticəsində parlamentin tərkibi yenilənir. Yeni çağırışda formalaşacaq Milli Məclisdə də bu istisna edilmir”.

Fəzail Ağamalı yenidən parlamentdə yer almaqda maraqlı olduğunu söyləyib: “Belə bir niyyətim var. Qarşıdan gələn parlament seçkilərində də deputatlığa namizədliyimi bir daha irəli sürəcəm. Sağlıq olsa, qeyri-adi bir hadisə baş verməsə, parlament seçkilərində iştirak etmək niyyətindəyəm”.

Millət vəkili Vahid Əhmədov müsahibəsinə görə "cəzalandırıldı" - BBC News  Azərbaycanca

Vahid Əhmədov 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü, deputat Vahid Əhmədov seçkilərdə iştirakla bağlı hələlik qərar vermədiyini bildirib. Vahid Əhmədov gənclərin parlamentdə yer almasının tərəfdarı olduğunu söyləyib: “Amma parlamentdə yaşlılara, təcrübəsi olan insanlara da ehtiyac var. Gənclər çalışsalar, seçilsələr onların Milli Məclisdə yer almasında problem yoxdur. Kimin seçilib, kimin qalmasını seçki həll edir. Yaş məsələsinin burada elə də önəmi yoxdur. Kim istəsə seçkiyə qatılacaq, istəməyən də gəlməyəcək. Bu, insanların sağlamlığından, siyasi vəziyyətindən, seçicilərlə olan təmaslardan asılıdır. Parlamentdə indi kifayət qədər gənc deputatlar var. Arasında müsbət fikirdə olduğum şəxslər də kifayət qədərdir. Həyatdır, bu, belə də davam edir. Yeni formalaşacaq parlamentdə yer almağımla bağlı isə hələlik qərar verməmişəm. Amma bunun üzərində işləyirəm. Qərar verəndə biləcəksiniz”.

Aqil Abbas - 70

 Aqil Abbas

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü deputat  Aqil Abbasa görə, seçici kimə səs verəcəksə, o da gəlib parlamentdə yer alacaq: “Mənim də bir deputat kimi parlamentdə yer almağım seçicilərimin istəyi ilə bağlıdır. Qarabağda, seçildiyim dairədə seçicilərlə görüşürəm. Onlar məsləhət bilsə ki, Aqil müəllim yenidən deputat kimi sizi görmək istəyirik, o zaman gəlib namizədliyimi irəli sürəcəm. Seçicilərim deməsə? namizədliyimi verməyəcəm”.

Oxu.az - Rasim Musabəyov Paşinyanın açıqlamaları barədə: “Bu, dolayısı ilə  etirafdır” - VİDEO

Rasim Musabəyov

Milli Məclisin deputatı Rasim Musabəyov seçkidə iştirakla bağlı heç bir qərar vermədiyini açıqlayıb: “Yaşım da az deyil. Ona görə də bu qərarla bağlı düşünməliyəm. Azərbaycanda pensiya yaşına çatan insanlar ölkə əhalisinin 20 faizini təşkil edir. Onların da bir nümayəndəsinin parlamentdə olması lazımdır. Mən olacam, ayrısı olacaq, bu başqa məsələdir. Amma mütləq şəkildə parlamentdə ağsaqqallara da ehtiyac var”.

“Yeni Müsavat”

Bənzər yazılar