
Hindistanın Andhra Pradeş əyalətində ölü hesab edilən bir adamın dəfn edilməyə hazırlaşarkən oyanıb.
Kaim.az xəbər verir ki, bu haqda Hindistan mətbuatı yazıb.
Hadisənin baş verdiyi kəndin başçısı yerli sakinlərin dediyinə görə iki gündür ağacın altında huşsuz vəziyyətdə yatan naməlum kişini şəxsən müayinə edib. Onu ölmüş hesab etdikdən sonra dəfn etməyə qərar verilib.
Kəndin yaxınlığında məzar qazılarkən kişi qəfildən ayılıb oturub. Onu dərhal xəstəxanaya aparıb yardım ediblər. Polis hələ də “dirilən” şəxsin şəxsiyyətini müəyyən edə bilməyib.
İlqar