Top.Mail.Ru
ARAŞDIRMAbanner

“5-ci kalon”: Boz divarlar arxasında anti-Azərbaycan – ARAŞDIRMA

“5-ci kalon” nədir”

5-ci kalon 1930-cu illərdə Ispaniyadakı vətəndaş müharibəsi zamanı general Frankonun təxribatçı qrupunun adı idi. O vaxt Frankonun generallarından biri Emilo Mela Madridə doğru yürüş zamanı demişdi ki, biz 4 kalonla hücuma keçirik, 5-ci kalon isə düşməni içəridən dağıdacaq. 5-ci kolonun vəzifəsi həm agent fəaliyyəti ilə məşğul olmaq, həm də təxribatlar yaratmaqdı. Maraqlıdır ki, sonradan – Ikinci Dünya savaşı illərində alman faşistləri də müxtəlif ölkələrdə casusluq və təxribatlarla məşğul olan oxşar qruplar yaratmışdılar, belə nasist qrupları da məhz 5-ci kalon adlanırdı.

 Qərbdən dadı gələn “5-ci kalon” qoxusu

Və nəhayət, ötən ilin dekbar ayından etibarən Azərbayca siyasi elitasında da “5-ci kalon” ifadəsi daha tez-tez işlənməyə başladı.

Məlum oldu ki, vaxtilə Madiridi Frankoya su qiymətinə satmaq üsulu artıq işləmək dəyəri qalmayan frank qədər ucuz vasitə ilə Bakıya hədəflənib.

Müxtəlif kuluarlarda gedən söhbət ən yüksək şəxslər tərəfindən öz qiymətini almalı idi.

Bu hal özünü çox  gözlətmədi.

Dekabrın 3-də (2014-cü il) AzərTAC Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İkili standartların dünya nizamı və müasir Azərbaycan” adlı növbəti məqaləsi dərc edildi.

Bu yazıda 5-ci kalon və onun elementlərinin ölkələrin milli təhlükəsizliyinə qarşı böyük təhdid yaratdıqları aşkar göstərilmişdi.

Akademik, ərəb baharı, rəngli inqilablar seiyasının çəkilməsində rolu olan gizli qüvvələri açıqlayır:

“Bəs “beşinci kolon” nədir və onun ilhamvericisi kimlərdir? Müxtəlif ölkələrdə “beşinci kolon” fərqli ola bilər. Bu gün müxtəlif beynəlxalq hüquq-müdafiə təşkilatları, ABŞ-ın, onun Avropadakı müttəfiqlərinin beyin mərkəzləri və adi QHT-lər öz həqiqi məqsədlərini maskalayaraq guya insan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin və bazar iqtisadiyyatının təşkilati əsaslarının yayılması üçün bütün dünyada öz filiallarının nəhəng şəbəkəsini yaradıblar. Yeni tipli “beşinci kolon” rolunda çıxış edənlər də məhz onlardır. İnkişaf etmiş Qərb dövlətləri, o cümlədən ABŞ bu gün də əvvəlki kimi açıq-aydın ikili standartlar siyasəti yürüdür, insan hüquqlarından hökumətlərə təzyiq aləti kimi istifadə etməklə dünyanın əksər ölkələrinin daxili işlərinə qarışır. Onlar məhz bu məqsədlə həmin ölkələrdə yeni tipli “beşinci kolon”lar formalaşdırır və onların köməyi ilə həmin dövlətlərin daxili və xarici siyasətini müəyyən etməyə çalışırlar. Bu praktikanın məqsədi insan azadlıqlarının və hüquqlarının müdafiəsi deyil, konkret siyasi və iqtisadi səmərə əldə etmək üçün bu və ya digər dövləti arzu olunan güzəştlərə məcbur etməkdir. XXI əsrdə beynəlxalq münasibətlərdə güc siyasətinin yeni formasının reallaşması məhz bundan ibarətdir”.

ABŞ və onun Avropadakı müttəfiqləri yəqin ki, dünyaya öz təbirləri ikə desək yaydıqları demokratiyanın bəhrələrini bütün dünya: Ərəb ölkələri, Latın Amerikası və həyatda qalmaq üçün saman çöpündən yapışan üçüncü dünya ölkələrinin başına gələnləri göstərmək olar.

Amma nəzəriyyələr elə oxumaq və əzbərləmək üçün qalmır.

Qafqazın ən güclü ölkəsinə, dayanıqlı iiqtisadiyyata çevrilmiş Azərbaycan bu qüvvələr üçün çoxdan eksperiment meydanına dönüb.

Azərbaycanda belə bir vəziyyət mövcuddur:  qanunu pozmuş və məsuliyyətə cəlb olunmuş insanların xarici dairələr tərəfindən müdafiə olunması…

İstənilən halda, Azərbaycan qanunları, konstitusiyada göstərilmiş bazis qaydalar pozula bilməz. İstənilən pozuculuq fəaliyyəti mütləq şəkildə cəzalandırılmalıdır.

Və bu halda “5-ci kalon” və onun havadarlarının ləpirləri qarlı çöllərdə daha aydın görünməyə başlayır.

Azərbaycanda hüquq müdafiəçiləri adı ilə qanunu pozan və həbs edilən bir sıra şəxslər cinayət məsuliyyətinə cəlb edilib.

Həmin şəxsləri isə çox az zaman keçdikdən sonra qəhrəman kimi sırımağa başlayırlar.

Bir çoxları isə müxtəlif təltiflərə layiq görülürlər. Məslən, bunlardan biri «Vaclav Havel» Sülh Mükafatıdır.

AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun fikrincə, belə addımlar bəlli xarici dairələrin maliyyələşdirdiyi, onların sifarişlərini yerinə yetirən və dövlətin müstəqil siyasətinə təsir vasitəsi rolunu oynayan «5-ci kolon»u qorumaq məqsədi güdür. O, daha sonra deyir:«Eyni zamanda, hüquq müdafiəsi adı altında fəaliyyət göstərən müxtəlif xarici təşkilatların heç də müstəqil olmadıqlarını və konkret tapşırıqlar icra etdiklərini açıq göstərir. Buna görə də konkret cinayət əməli törətdiklərinə görə məsuliyyətə cəlb olunmuş, ciddi ictimai qınaq obyektinə çevrilmiş həmin insanları müdafiə etmək məqsədi güdən bəyanatlar, açıqlamalar, habelə bu tipli «mükafatlandırma» tədbirləri, ilk növbədə, onların və havadarlarının əsl simasını ifşa edir”.

“5-ci kalon”un  üzü

Amma onlar heç zaman boş durmurlar. Son günlər isə ölkə gündəmində 5-ci kalon adının əvvəlinə bir də Con Kerrinin ismi əlavə edilib.

Qəti, təəccüblənməyək. Zatən Ermənistanın torpaqlarımızı işğal etdiyi bir zamanda Azərbaycana  qarşı “907 saylı” qətnaməni təklif və qəbul etdirən adamdır.

Üzümüzə dura-dura erməniləri haqlı. Soyqırıma məruz qalan xalq kimi  göstərdi.

Əslində, biz çox yaxşı bilirik bu suyun mənbəyi haradır və onun gözünə kimlər pəl qatır.

Mövcud vəziyyəti Fransandan olan politoloq Mark Antuan Pöruz dö Monklon daha yaxşı ifadə edir: Bu gün Azərbaycana qarşı qara piar kampaniyasına start verilib. Bu prosesin aparıcı simaları məhz beynəlxalq QHT-lər və bu sahədə çalışan şəxslərdir. Və onların bir məqsədi var: ölkələri qarışdırmaq, sözün əsl mənasında siyasi alətə çevrilən “demokratiya” adı altında “rəngli inqilablar” təşkil etmək. Maraqlıdır ki, “rəngli inqilablara” cəhdin qarşısı alındığı ölkələrə beynəlxalq təzyiq məhz QHT şəbəkələri tərəfindən kampaniya olaraq aparılır. Azərbaycan buna ən bariz nümunələrdəndir. Bu gün Qərbin müəyyən dairələrinin Azərbaycanı hədəf seçməsinin məqsədi bəllidir: boyun əyməyən, yalnız xalqının maraqlarından çıxış edərək aparılan müstəqil siyasəti əzmək”.

Bu günlərdə Devid Kramer də daxil olmaqla ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “5-ci kolon”un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski və bir qrup şəxs ABŞ Dövlət katibi Con Kerriyə müraciət ünvanlayıb.

Hər şey aydındır, “Bak-2015” I Avropa Oyunları üzərindən Azərbaycana zərbə vurmaq. Təbii ki, Avropanın əksər ölkəsinin qatılacağı bu oyunlar zamanı bütün dünyanın gözü Azərbaycanda olacaq. Belə bir məqam Devid Kramer kimilər üçün qaçırılmaq fürsətdir. “İnsan hüquqları naminə idman” adlanan bu kampaniyanın məqsədi də məhz Azərbaycan haqda mənfi rəy formalaşdırmağa hesablanıb. Lakin doğrudanmı hər şey “insan hüquqları naminədir”? Axı, cəmi üç il öncə “Eurovision-2012” müsabiqəsi Bakıda keçirilərkən bu qüvvələr “Demokratiya naminə oxu” deyə eyni mətbəxdən çıxan şüarlar irəli sürürdü.

Qeyd: Müstəqil olduğumuz son iyirmi ildən artıq bir zamanda ətrafımızda, regionda və dünyada baş verən hadisələri nəzərdən keçirəndə dəhşətə gəlməyə bilmirik.

Bütün dünyanı sanki bir ip üzərində düzüb və onu tərpədəndə domino effekti verir. Şərqi Avropada boyalı inqilablar, ərəb ölkələrində güllər-çiçəklər içində qan qusdurulan xalqlar, dağıdılmış Ukrayna və gözü çıxarılmış qardaşlar, üstəgəl, min illərlə tarixi olan dövlətləri oyun –oyuncağa çevirən İŞİD məzhəkəsi. Hamısının bir səbəbi var: qlobal küləklər qəbdən əsir. Sadəcə Azərbaycana baxıb, onu sevmək və müdafiəsinə qalxmaq lazımdır.

Əziz

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button