Top.Mail.Ru
bannerKRİM - XRONİKA

TƏCİLİ!Rusiya müxalifətinin lideri Aleksey Navalnı belə HƏBS EDİLDİ – ANBAAN VİDEO

Rusiya müxalifətinin lideri Aleksey Navalnı bu gün Rusiyada saxlanıldı.

Qeyd edək ki, zəhərlənməsi ilə əlaqədar bir müddət Almaniyada müalicə alan Rusiya müxalifətinin liderlərindən biri Aleksey Navalnı ölkəsində ona qarşı cinayət işi açılmasına baxmayaraq Rusiyaya qayıtdı.

Onu daşıyan təyyarə yerli vaxtla saat 20640-da Moskvanın “Vnukovo” hava limanına eniş etməli idi.

Navalnının tərəfdarları onu qarşılamaq üçün aeroportun önünə yığışmışdı. Sözügedən hava limanında gərginlik yaşandı və Navalnının tərəfdarları, o cümlədən də siyasətçinin silahdaşı Lyubov Sobol həbs edildi.

Bu arada Navalnını daşıyan təyyarə Moskvada “Vnukovo” aeroportuna enməli olduğu halda, müxalifət liderinə görə”Şeremetyevo” hava limanına eniş etdi.

Bundan sonra polis Navalnını saxladı.

Xatırladaq ki, Rusiyanın İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Aleksey Navalnıya qarşı dələduzluqla bağlı cinayət işi açıb. Bu üzdən o, hava limanındaca saxlanıldı.

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button