Top.Mail.Ru
bannerDÜNYA

Dünyada yeni müharibə başlayır – Çinin döyüş təyyarələri Tayvanın hava məkanına girdi

Tayvan Ordusu ölkənin qərbində tanklar və zirehli döyüş maşınlarının iştirakı ilə təlimlər keçirib.

Redaktor.az xəbər verir ki, Hukou hərbi bazasında təşkil edilən təlimdə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Tayvan Siyasi Müharibə Departamentinin direktoru general-mayor Çen Çenq-ji “Tayvan boğazında nə olur olsun, vətənimizi qorumaq əzmimiz heç vaxt dəyişməyəcək” deyə bildirib.

Təlimin Tayvan ilə Çin arasında gərginliyin artdığı bir dövrə təsadüf etməsi diqqət çəkir.

Məlumata görə, Çinə aid 3 döyüş təyyarəsinin Tayvan hava məkanına daxil olması vəziyyəti bir qədər də mürəkkəbləşdirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button