
Rusiyada regional portalın baş redaktorun öz evindəcə doğrayıblar.
Kaim.az Rusiya mətbuatına istinadən xəbər verir ki, “Ryazan.Life” jurnalının baş redaktoru olan Janna Şeplyakovanı elə öz həyat yoldaşı öldürüb.
Hadisədən bir gün qabaq xanım redaktor qardaşına və rəfiqəsinə deyib ki, əri ilə münasibəti korlanıb, ayrılmaq ərəfəsindədirlər. Səhər həyat yoldaşı gələrək evdən iki oğlan uşağını aparmaq istəyib. Janna razılıq verməyəndə ona ov bışağı ilə 10 zərbə vurub. Dərin yaralardan qadın keçinib.
Arvadını öldürəndən sonra qatil uşaqları ilə evdən çıxıb. Uşaqları qohumlarıgilə yerləşdirib.
Özü isə həbs olunub.
İlqar