
“Bəşəriyyətin qarşısında dayanan ən çətin problem 2050-ci ilə iqlim neytrallığına nail olmaqdır”.
KAİM.az xəbər verir ki, bu sözləri “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts deyib.
“Bu, bəşəriyyətin nə vaxtsa qarşılaşdığı ən böyük problemdir, çünki fiziki olaraq dünya iqtisadiyyatı – sement, polad, nəqliyyat, kənd təsərrüfatı – bütün bu sektorlar dəyişməlidir”, – deyə B.Qeyts bildirib.
Loading...
Yazının davamı reklamdan sonra
Onun sözlərinə görə, innovasiyaların tətbiqi, onların genişləndirilməsi, həmçinin iqlim neytrallığı siyasətinin aparılması sözügedən problemin 2050-ci ilə qədər həllinə imkan verəcək.
KAİM.az