Top.Mail.Ru

bannerDÜNYA

SON DƏQİQƏ! Türkiyə ordusu hərəkətə KEÇDİ-Hərbi gəmi, qırıcı və dronlar MEYDANDA

Türkiyə ordusunun Aralıq və Egey dənizlərində “Mavi Vatan 2021” təlimləri davam edir.

KAİM.az xəbər verir ki, irimiqyaslı təlimlərə 87 hərbi gəmi, 27 döyüş təyyarəsi, 20 helikopter, müdafiə sistemləri və çox sayda pilotsuz uçuş aparatı cəlb edilib. Müdafiə naziri Hulusi Akar və ordu komandanları təlimlər barədə tapşırıqlarını verib. Bu gündən başlayaraq hərbçilər müxtəlif şərti döyüş tapşırıqlarını icra edəcək.

Yunanıstanın “Pentapostagma” portalının məlumatına görə, təlimlər yunan ordusu tərəfindən yaxından izlənilir. İddialara görə, yunan hərbi gəmiləri də bazalardan ayrılaraq bölgəyə cəlb edilib. Yaxın günlərdə Fransa və Yunanıstan hərbçilərinin də bölgədə təlimlər keçirəcəyi gözlənilir./ metbuat.az

Loading...
Yazının davamı reklamdan sonra

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button