
Suriyanın Həma vilayətində iki minanın partlaması səbəbindən azı 18 nəfərin öldüyü bildirilir.
KAİM.az xəbər verir ki, bu barədə “Al Ihbaria” telekanalı məlumat yayıb. Hadisə nəticəsində yaralananlar da olub. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Məlumata əsasən, partlayış Səlamiyə şəhərindən şərqdəki kənd ərazilərində iki avtobusun yol kənarında quraşdırılımış minalara düşməsi nəticəsində meydana gəlib.
Loading...
Yazının davamı reklamdan sonra
Partlayışın İŞİD terrorçuları tərəfindən törədildiyi güman edilir./oxu.az