Top.Mail.Ru
bannerDÜNYA

TƏCİLİ! Dəhşətli müharibədə ŞOK GƏLİŞMƏ: İran bu silahdan kimə qarşı İSTİFADƏ ETDİ ?

Yəməndə İran tərəfindən dəstəklənən husilər Səudiyyə Ərəbistanın hərbi mövqelərini ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alıblar.

KAİM.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya əs-Seri hücumdan dərhal sonra Twitter hesabından etdiyi açıqlamada Səudiyyə Ərəbistan ərazilərindəki həssas mövqelərə qarşı iriçaplı hərbi əməliyyat etdiklərini qeyd edib.

8 ballistik raket və 14 PUA ilə edilən hücum nəticəsində, Ras Tanura Limanında yerləşən Səudi Aramco şirkətinin və Dəmmam, Esir və Cazan kəndlərindəki hərbi hədəflərin tamamilə məhv edildiyini bildirib.

“Gərginlik son sürət davam edir”

Bunun ardınca, Səudiyyə Ərəbistanın koalisiya qüvvvələri hücuma cavab vermək məqsədilə hərəkətə keçdiyini və səhər saatlarından başlayaraq Yəmənin paytaxtı Sənaya hava hücumu təşkil edildiyini elan edib.

Qeyd edək ki, arxasına İranın hərbi və siyasi gücünü alan husilər tez-tez Səudiyyə Ərəbistanın cənub bölgələrini hədəf alır.

Uzun müddətdir, siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə 2014-cü ilin sentyabrından bəri paytaxt Sənaya və bəzi bölgələrə husilər nəzarət edir. Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri isə 2015-ci ilin martından bəri husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Kənan Bahadıroğlu / KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button