Top.Mail.Ru
ARAŞDIRMAbanner

Türkiyə Qafqazda LİDER OLUR: Yeni mexanizmin İrəvan və digərlərinə ŞOK TƏSİRİ-ANALİZ

Ermənistanda cərəyan edən siyasi proseslərin ən əhəmiyyətli tərəfi xarici müdaxilənin baş verəcəyi və yaxud bunun hansı masştabda olacağı məsələsidir. Əlbəttə, mən xarici müdaxilə deyərkən, heç də hər hansı bir ölkənin hərbi intervensiyasını qəsd etmirəm. Ermənistan nə qədər kasıb, kiçik olsa da, bu ölkənin gələcəyini yenə də ermənilər formalaşdıracaq. Düzdür, xarici ölkələrin, o cümlədən Rusiyanın bu və ya digər müdaxiləsi ola bilər.

Məsələ ondan ibarətdir ki, Rusiya elə indi də erməni cəmiyyətinə izhar etməyə çalışır ki, Paşinyandan sizə xeyir gəlməz. Yəni, ruslar bunu açıq söyləməsələr də, qeyri-rəsmi deməkdən çəkinmirlər. Necə deyərlər, Putin mediası, onun salavyovları, marqarita simonyanları saman altından su yeritməyi davam etdirirlər. Halbuki Putinin sözçüsü Peskov İrəvandakı siyasi xaosu Ermənistanın “daxili məsələsi” adlandırır. Əgər, Rusiya Ermənistanda iki hərbi baza saxlayırsa, bu ölkənin bütün enerji və nəqliyyat sisteminə nəzarət edirsə, ən çox xarici investisiya payına sahibdirsə, şübhəniz olmasın ki, istəsə müdaxilə də edər, lap elə o yana da keçər.

Bir şeyi dəqiqləşdirməliyik ki, Rusiya hər vəchlə çalışacaq ki, Qafqazda demokratik təsisatlar qurulmasın. Gürcüstan, Azərbaycan və Ermənistanda demokratik rejimlərin mövcudiyyəti Rusiya üçün milli təhlükəsizlik doktirinasıdır. Rusiya bundan sonra da Paşinyan hökumətinə təzyiq edəcək. Rusların əlində həm sivil siyasətçi (Peskovun təbirincə, Rusiyanın etibarlı dostu) Robert Köçəryan, həm də hərbi fiqur Onik Qasparyan var. Hər iki erməni rəsmi Kremlin xidmətindədir. Hətta açıq deyim ki, bütün addımlarını, siyasi manevrlərini, izlədikləri yol xəritəsini belə Kremlin drektivlərinə görə həyata keçirirlər. Prosesləri dərindən izləyən, analiz edən istənilən şəxs bunu inkar etmir.

Digər tərəfdən, 44 günlük hərbi əməliyyatlardan sonra Qafqazın siyasi arenasına Türkiyə də daxil olub. Bunu Rusiya, hətta İran mediası da gizlətmir. Yəni, Qafqazda qüvvələr balansı dəyişikliyə uğrayıb. Hətta bu yaxınlarda Ankarada səfərdə olan Gürcüstanın xarici işlər naziri David Zalkaliani də buna toxunub. Ehtimal ki, Zalkaliani bunu deyərkən, Türkiyə prezidenti Ərdoğanın Bakıda bəyan etdiyi altıtərəfli əməkdaşlığı nəzərdə tutub. Ərdoğanın bu bəyanatı təkcə regionun altı ölkəsi arasında iqtisadi əməkdaşlığı deyil, həm də siyasi birliyi nəzərdə tutub. Çünki, həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizinin həyata keçirilməsində regionun altı dövlətinin konsolodasiyasına ehtiyac var. Türkiyə, Ermənistanda baş verənlərə elə ilk gündən özünün münasibətini bildirib. Həm prezident Ərdoğan, həm də xarici işlər naziri Mövlud Çavuşoğlu Onik Qasparyanın Paşinyana verdiyi ultimatumu dövlət çevrilişinə cəhd kimi qiymətləndirib və bunu pisləyib.

Təsəvvür edin, Türkiyə hərbçilərin hərəkətlərini pisləyir, Rusiya isə Paşinyandan yaxa qurtarmaq üçün gah bu Ermənistanın daxili işidir deyir, gah da Robert Köçəryanı özünün sadiq dostu elan edir. Avropa İttifaqı demokratik təsisatları qorumağa çağırır, tərəfləri maksimum təmkinli olmağa dəvət edir. Rəsmi Brüssel Rusiyanın Ermənistandakı nüfuzunu da nəzərə alaraq, hələ ki, nisbətən sakit, daha təmkinli bəyanatlar verir. ABŞ isə hərbçiləri siyasi proseslərdən uzaq durmağa çağırır və Ermənistandakı demokratik qazancları qorumağı vacib hesab edir. İran isə ümumiyyətlə susub. Hələ ki, rəsmi Tehranın ciddi bəyanatını görmürük. Göründüyü kimi, Türkiyədən başqa bütün beynəlxalq güc mərkəzləri maksimum təmkin nümayiş etdirir. Türkiyəni belə mövqe nümayiş etdirməyə vadar edən səbəblər var. Ərdoğan hökuməti Mehri dəhlizinin həyata keçirilməsini, Ermənistanla sərhədlərin açılmasını, diplomatik münasibətlərin qurulmasını istəyir. Türklər, Ərdoğanın da Bakıda ifadə etdiyi altıtərəfli mexanizmin baş tutmasında çox istəklidirlər. Əslində, Ərdoğanın açıqladığı altıtərəfli mexanizm kifayət qədər konseptual siyasi gedişdir. Şübhə etmirəm ki, İran Türkiyə prezidentinin bu təklifinə isti münasibət bəsləyir.

Türkiyə tərəfi altıtərəfli mexanizmin baş tutacağı təqdirdə Orta Asiya ilə ticarət əlaqələrini İrana alternativ olan başqa bir yolla həyata keçirə biləcək. Üstəlik, Çin və Avropa İttifaqı arasında ikitərəfli daşınmalar da bu yolla həyata keçiriləcək. Zənnimcə, qərbə yaxın iqtidarın Ermənistanda hakim olması, Qafqazda uzunmüddətli sülhün, rifahın, iqtisadi inkişafın başlıca təminatıdır. Əgər Rusiya buna imkan versə və ya bunu həzm edə bilsə….

Siyasi ekspert Kamal Əliyev

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button