
Son günlər ölkənin daxili siyasətində önəmli hadisələr baş verir. 44 günlük vətən müharibəsi, ölkə həyatı üçün çox böyük hərbi siyasi məna kəsb etdi, ölkə daxili siyasəti şərtləndirən əsas amilə çevrildi. Vətən müharibəsi, daxili siyasəti, həm iqtidarı, həm də müxalifəti, yaranmış yeni reallığa uyğun addımlar atmağa məcbur etdi.
İqtidar partiyası YAP, yaranmış yeni reallığı çevik qiymətləndirə bildi. YAP yeni siyasi vəziyyətə uyğun olaraq, partiyanın növbədənkənar qurultayını çağırdı və partiyadaxili struktur dəyişikliyi həyata keçirdi. Eləcədə siyasi islahatlar apararaq, partiyanın yeni strategiyasını müəyyənləşdirdi. Təbii olaraq yeni siyasi tendensiya müxalifətidə adekvat olaraq əsaslı addım atmağa məcbur edir. Yaranmış yeni reallığa rəğmən ölkənin ana müxalifəti hesab edilən AXCP və onun lideri sanki ölkənin ictimai-siyasi həyatında heçnə baş verməyibmiş kimi cəmiyyətə mesaj verməyə çalışır. Əslində isə partiya sədri və funksionerləri nəyin baş verdiyinin fərqindədirlər.
Əgər Əli Kərimli partiya sədri kimi özünün və ona yaxın adamların siyasi maraqlarını qorumağa çalışırsa, əks qütbdə olan partiyanın tanınmış funksionerləri də sakitcə, yaranmış yeni siyasi situasiyadan maksimum öz maraqlarına uyğun bəhrələnməyə çalışırlar.
Bəs görəsən Əli Kərimliyə alternativ olan funksionerlər bu situasiyadan nə qədər bəhrələnə bilər və dəyişməz Kərimli liderliyinə son qoya bilərlərmi?
Partiya daxilində olan bir neçə qrup arasında gedən uzun müddətli mübarizə fonunda, həm partiyada, həmdə ölkə xaricində yetərli dayaqlara sahib olan Seymur Həzi, Əli Kərimliyə qarşı əsas baş ağrısına çevrilib.
Əvvəla gəlin Seymur Həzinin keçdiyi siyasi yola qısa nəzər salaq. Onda bir çox mətləblərə aydınlıq gələcək. Seymur Həzi Sumqayıt şəhərində fəaliyyət göstərən Fətulla Gülənə bağlı “Araz” kurslarını bitirib. Sonra BDU-nin “Şərqşünaslıq” fakültəsini bitirib. BDU-da oxuduğu dövrdə fetoçu kimi tanınan İlhamiz Quliyevlə ən yaxın münasibətdə olub və onuda unutmaq olmaz ki, İlhamiz Quliyevin həyat yoldaşı feministdir. Həziyə xüsusi yaxınlığı ilə seçilən daha bir fetoçu dostu, ifrit dili üzrə mütəxəssis Elşən Qurbanov hal-hazırda Türkiyədə yaşayır. Seymur Həzi və ona yaxın olan bu insanlar vaxtilə prezidentin icra aparatı rəhbərinin köməkçisi olmuş keçmiş deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanovun himayədarlığındadırlar. Bu bağlılıqlar məntiqlə Seymur Həzinin Kərimliyə qarşı ciddi rəqib olduğunu ifadə edir.
Deməli, Həzi yaxın vaxtlarda Kərimlinin uzun müddətli liderliyinə son qoymaq üçün yetərli dəstəyə sahibdir. Böyük ehtimalla Həzi bu şansı boşa vermək niyyətində deyil və bu reallıqdan maksimum yararlanmağa çalışacaq. Əgər nəzərə alsaq ki, Kərimli il yarımdan sonra xarici pasportunu alıb, deməli yaxın zamanlarda Kərimli xarici sponsorları ilə məsləhətləşmək üçün ölkəni tərk edəcək. Bu səfər Kərimlinin sədirliyinə son qoya bilər və Həzinin sədrliyə gedən yolunu reallaşdıra bilər.
Real Araşdırmalar Mərkəzi