Top.Mail.Ru
bannerDÜNYA

SON DƏQİQƏ! Ekspertlərdən Ermənistanın “Metsamor”u ilə bağlı HƏYƏCAN TƏBİLİ

Gürcü ekspertlər Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmalı olduğunu bildirirlər.

KAİM.az oxu.az-a istinadən bildirir ki, Metsamor Atom Elektrik stansiyası o qədər köhnədir ki, hətta müvafiq texniki standartlara belə cavab vermir.

“Bu stansiya yalnız qonşu ölkələr üçün deyil, həm də Şərqi Avropa üçün böyük təhlükə mənbəyidir. Bu fikir energetika sahəsi üzrə beynəlxalq ekpertlər tərəfindən də təsdiq edilib.
Metsamor Atom elektrik stansiyası Ermənistanın elektrik enerjisi ilə təmin edilməsində heç bir rol oynamır.

Ən önəmli məsələlərdən biri isə ondan ibarətdir ki, Ermənistan hələ 1998-ci ildə Avropa İttifaqı qarşısında Metsamorun bağlanması ilə bağlı öhdəlik götürdü.

Ermənistana xatırladırıq ki, götürdükləri beynəlxalq öhdəliyi yerinə yetirsinlər. Bunu yalnızca öz vətəndaşlarının yox, regionda yaşayan bütün insanların təhlükəsizliyi üçün etməlidirlər”.

Viktor Kipiani Metsamorda faciə baş verəcəyi halda böyük zərər çəkəcək ölkələrdən də danışıb. Məsələnin ciddiliyini vurğulayan ekspert, Ermənistanın 1998-ci ildən götürdüyü öhdəliyi yerinə yetirməli olduğunu bir daha diqqətə çatdırıb.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button