Top.Mail.Ru
bannerDÜNYA

BƏD XƏBƏR: 10 mindən çox azyaşlı və yeniyetmə… – TƏCİLİ

Gürcüstanda azyaşlılar və yeniyetmələr arasında təhsildən yayınma halları artıb. Son məlumatlara görə, ölkədə 6-16 yaş arası 10 min 404 azyaşlı məktəbə getmir və təhsilin idarə edilməsi üzrə məlumat sistemindəki şagirdlər bazasında onlar haqqında heç bir məlumat yoxdur.

KAİM.az xəbər verir ki, bu barədə təhsil nazirinin müavini Yekaterine Dqebuadze məlumat verib.

Onun sözlərinə görə, bu çox böyük və narahatlıq doğuran statistikadır.

Y.Dqebuadze bildirib ki, 10 min 404 nəfər azyaşlının çoxu sosial cəhətdən həssas ailələrin uşaqlarıdır. Onların içində əlillər və mühacirlər də var.

Nazirlik bu uşaqların dərsdən yayınmalarının və konstitusiya ilə zəmanət verilən təhsil hüquqlarından istifadə edə bilməmələrinin səbəblərini araşdırır. / konkret.az

KAİNAT TV-NİN NOVRUZ ŞƏNLİYİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button