Top.Mail.Ru
bannerDÜNYA

SON DƏQİQƏ! Yaşayış binası UÇDU- 25 ölü, xeyli sayda YARALI

Misirdə 10 mərtəbəli yaşayış binasının uçması nəticəsində ölənləri sayı 25 nəfərə çatıb.

KAİM.az xəbər verir ki, bu barədə yerli “Akhbar El-Yom” portalı məlumat yayıb.

Faciə nəticəsində 24 nəfərin xəsarət aldığı qeyd olunub.

Məlumata əsasən, binanın birinci mərtəbəsində parça anbarı və tikiş fabriki yerləşib. Binada 100 nəfərdən çox sakin yaşayıb.

Bir neçə gün öncə tikilidə çatların əmələ gəldiyi və sakinlərinin müəyyən qisminin binanı tərk etdiyi bildirilib.

Hadisənin səbəblərinin araşdırılması məqdsədilə xüsusi komissiya yaradılıb. oxu.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir