Top.Mail.Ru
ARAŞDIRMAbanner

Rusiya-Ukrayna müharibəsinin OLASILIĞI və NATO-nun münaqişə zonasına MÜDAXİLƏ NƏZƏRİYYƏSİ – ARAŞDIRMA

Son bir neçə həftə ərzində Ukrayna və Rusiya arasında gərginləşən münasibətlər yeni fazaya daxil olmaqdadır. Baş verənləri ətraflı və səlis təhlil etməyi bacarmayanlar bu iki ölkə arasında mütləq bir müharibənin olacağını ifadə edirlər.

Krımın 2014-cü ildə Rusiya tərəfindən işğal edilməsindən sonra Ukrayna və Rusiya münasibətləri tarixdə heç vaxt olmadığı qədər gərginləşib.

Rusiya təkcə Krımı deyil, eyni zamanda Ukraynanın şərqindəki Donbas və Luqansk ərazilərini də ələ keçirib.

Şübhəsiz ki, Putin rejimi bunu birbaşa deyil, daha çox logistik dəstək verdiyi separatçıların vasitəsilə edib. Ukrayna və Rusiya konfrantasiyasında indiyə qədər 13 min insan ölüb. Əvəzində, Krımda gözü doymayan Putin həm Donbasda, həm də Luqanskda oyuncaq iki qurum yaradaraq onların müstəqilliyini də tanıyıb. Konfliktin həll edilməsi üçün Minsk qrupu adlı format yaradılsa da, ortada real nəticələr yoxdur – rus işğalı hələ də davam etməkdədir.

Rusiya Krım və Şərqi Ukraynaya yaxın ərazilərə son günlər hərbi maşınlar, tanklar və xeyli sayda əsgər yığır. Hətta dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, Donbasda yeni müharibəyə cəhd edənlər Ukraynanı məhv edəcək. Əslində, bu təhdidvari cümləni bir müddət əvvəl Putin işlətmişdi. İndi Lavrov Putinin şantajını təkrarlayır və bunun məsuliyyətini Qərbin üzərinə qoyur.

Mənim müşahidələrimə əsasən, Ukrayna tərəfi də indiki məqamda hər hansı eskalasiyaya həvəs göstərmir. Ukrayna prezidenti Zelenski deyir ki, ordu sadəcə güc və qüvvət deyil, həm də ağıl və tarazlıq deməkdir. Lakin o, ölkəsinin provakasiyalara hazır olduğunu da qeyd edib. Məsələ ondadır ki, ruslar bir müddətdir Ukrayna sərhədlərinin yaxınlığında hərbi təlimlər adı altında bu ölkəyə göz dağı verməklə məşğuldur. Bütün dünya bilir ki, Rusiya Ukraynanın şərqindəki separatçılara hərtərəfli dəstək verir. Putin beynəlxalq ictimaiyyətin acığına Donbasda vəziyyəti sistemli şəkildə gərginləşdirir, sanki qaşınmayan yerdən qan çıxarmağa çalışır.

Rusların bütün bu provakasiyalarına rəğmən, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba problemin diplomatik yollarla həll edilməsinə çağırışlar edir. Putin isə Qərbin də, Ukraynanın da çağırışlarını qulaqardına vurur. Ruslar ilk başdan problemin siyasi və diplomatik həllini nəzərdə tutan “Minsk Format”-ının fəaliyyətinə əngəl çıxarmaqla məşğuldur. Adı çəkilən formatda Fransa və Almaniya da təmsil olunsa da, Putin prosesi uzatmaqda davam edir.

Şimal qonşumuz öz hinterlandı bildiyi regionlarda separatizmi alovlandırır, lokal problemlər yaradır və onları uzun illər öz maraqları çərçivəsində istifadə edir.

Rus dövləti öz imperialist, strateji və geopolitik maraqları üçün hər şeydən vaz keçməyə hazırdır. Rəsmi Kreml ukraynalıların slavyan və provaslav kimliyini də vecinə almır; lazım gələndə hökumətləri dəyişir, qan tökür.

***

Mən son məsələlərə başqa prizmadan da yanaşmağın tərəfdarıyam. Bayden ABŞ prezidenti olduqdan sonra Rusiyanın özbaşnalıqlarına dözməyəcəyini bəyan edib. O, hətta rusiyalı həmkarına “qatil” deməkdən belə çəkinmir. Görünür, Bayden sələfi Trampdan fərqli olaraq, Putinin şıltaqlıqlarına tolerant olmayacaq. Putin Krımı işğal etməklə Qars dənizində dominantlığını isbat etməyə çalışır. Halbuki Qara dənizin ən uzun sahili NATO dövlətlərinin payına düşür. Ümumiyyətlə, Qara dənizin geopolitik əhəmiyyəti NATO üçün çox əhəmiyyətlidir – hətta Baltik və Şimal dənizləri qədər.

Rusiya donanması bu bölgələrdə son vaxtlar çox aktivləşib. Və biz bu aktivliyi Baltik dənizində də müşahidə edirik. Düzdür, Rusiya Baltik dənizi hövzəsində o qədər də rahat deyil. Çünki, Latviya, Litva və Estoniya NATO-nun üzvləridir. Putin də başa düşür ki, Baltik hövzəsi daha risklidir və ora birbaşa intervensiya NATO ilə açıq qarşıdurmaya getməkdir.

Ukraynada isə bu, belə deyil. Ortaya maraqlı sual çıxır ki, Rusiya Ukraynaya müdaxilə etsə proseslərin gedişatı hansı nəticələri doğura bilər. Mən bunu təsəvvür etmək belə istəməzdim. Ancaq bir şeyə ehtimal verirəm ki, NATO Rusiya ilə birbaşa təmasdan yayınacaq. Biz bunu 2008-ci ildə Gürcüstandakı proseslərdən də gördük.

Düzdür, Qərbin nəzərində Ukrayna və Gürcüstan eyni deyil. Ancaq istənilən halda Rusiya ilə indiki situasiyada NATO-nun münaqişəyə daxil olması böyük bir fəlakətə gətirib çıxarar. Zənnimcə, Qərb hələ ki, Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları daha da sərtləşdirə bilər.

Müharibə ehtimalı hələ də yox deyil, ancaq zəif ehtimaldır. Ən başlıcası, tərəflər hərbiada maraqlı deyillər…

Siyasi ekspert Kamal Əliyev

Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button