Top.Mail.Ru
ARAŞDIRMAbanner

Putin Krım və Donbasda nə ETMƏK İSTƏYİR? – Rusiya üçün Ukraynanın SİRRLİ TARİXİ / ARAŞDIRMA

siyasi ekspert Kamal Əliyev
siyasi ekspert Kamal Əliyev

Bu məqaləmdə dünya gündəminin əsas müzakirə obyekti olmuş məsələlərini vacib sualların cavabı kimi xarakterizə edib, aydın və başadüşülən tərzdə diqqətinizə çatdıracam.

Bildiyiniz kimi, hazırda NATO, Ukrayna-Rusiya münasibətləri, Rusiyadan gözlənilən kritik həmlələr, Zelenskinin ilginc addımları və s. məsələlər hazırda dünya ictimaiyyətinin marağındadır.

***

– Donbasda nə baş verir və Rusiya konkret nə etmək istəyir?

Rusiya Federasiyası və başda Putin Narıncı inqilabdan sonra Ukraynanın qərbə inteqrasiyasını əsla qəbul etmədi. Keçmiş prezident Yuşşenkodan bu yana hər iki slavyan dövlətin arası soyuqdur. Hərçənd, Kreml keçmiş Ukrayna prezidentləri Leonid Kravçuk və Kuçma ilə anlaşırdı.

Ruslar Ukraynanı 9-cu əsrdən bəri, yəni Kiyev rus dövlətindən indiyə qədər qədim rus və slavyan coğrafiyasının bir hissəsi hesab edir. Hətta onu da bəyan edir ki, Sovet İttifaqının keçmiş liderlərindən olan Nikita Xruşov Krımı Ukraynaya hədiyyə etmişdi və biz “tarixi həqiqəti” bərpa edərək, yarımadanı ana vətən Rusiyaya birləşdirdik.

Donbas və Luqanskda etnik rus olan separatçıları dəstəkləmək də ümumi planın parçasıdır, yəni Ukraynanı Aİ və NATO-dan uzaq tutmaq planıdır.

Krım
Krım

 

  • Hazırkı böhran fəal münaqişəyə çevrilə bilərmi?

Rusiya hələ ki, bölgəyə ən özəl birləşmələrini göndərməklə məşğuldur. Yəqin ki, yaxın həftələrdə taki-batalyonların sayı 50-ni ötəcək. Hətta bunu Ukrayna Aİ-nin qərargah rəisi Ruslan Xomçak da Radada ifadə edib. Rusyönümlü separatçıların işğal etdiyi Donbas və Luqansk əraziləri hələ Sovet zamanından ölkənin sənaye komplekslərinin yerləşdiyi bölgə olub. Eyni zamanda, əhalinin çoxu da rus mənşəlidir.

2014-2015-də ərazidə nisbi atəşkəs rejimi vardı. ATƏT-in missiyası da buna nəzarət edirdi. İndi artıq kritik vəziyyət yaranıb. Hər an aktiv müharibə vəziyyətinin başlaması istisna edilmir.

  • ABŞ prezidenti Baydenin Putinə “qatil” deməsi böhranın dərinləşməsinə səbəb ola bilərdimi?

Baydenin Putinlə bir restləşməsi olacaqdı və oldu da. Görünür, Zelenski də bu fürsəti əldən vermək istəmir. ABŞ-ın Rusiyaya qarşı “maksimum sanksiya” adlı siyasi doktrinası artıq yaranıb. Hətta Rusiyanın beynəlxalq SWIFT sistemindən çıxarılması da baş verə bilər.

Putin də sanksiyalara qarşı öz adekvat cavablarını yəqin ki verəcək. Ukrayna isə fürsəti dəyərləndirmək istədiyini gizlətmir.

  • Zelenski deyir ki, müharibəni bitirmək üçün tək yol NATO-dur. Anlamı nədir?

Əgər Ukrayna 1991-ci ildə NATO-ya üzv olsaydı, indi başına bunlar gəlməzdi. NATO-nun 5-ci maddəsinə görə, hərbi alyansın bir üzvünə təcavüz olarsa, bu, bütün təşkilata qarşı getmək deməkdir. Şərqi Avropa və Pribaltika respublikaları alyansa üzv olmaqla özlərini Rusiyanın təcavüzündən qorudular.

İndi Krım və Şərqi Ukraynanın Rusiya tərəfindən işğal edilmiş olması NATO-nun Ukraynanı öz çətiri altına almasına mane olur. Biz bunu Gürcüstana da aid edə bilərik.

  • Ukrayna Rusiya üçün niyə bu qədər önəmlidir? Bunun arxa planı nədir?

– Çox sadə: Kiyev-rus dövləti. Bu xalqlar tarixən həmişə bir yerdə olublar. Hətta Osmanlı imperiyasına qarşı da birlikdə müqavimət göstəriblər. Sovet İttifaqının mühüm üç dövlətindən biri olublar. Əlbəttə, Belarusiyanı da bura aid edə bilərik. Rusiya Ukraynanı öz “arxa baxçası” hesab edir.

Hətta Ukrayna və Belarusiyanın strateji əhəmiyyəti Zaqafqaziyadan artıqdır ki, əksik deyil. Ukraynanın əldən getməsi Rusiya üçün intihardır və zənnimcə buna qarşı sonacan müqavimət göstərəcək.

  • Soyuq müharibədən sonra regionda nə baş verdi?

“Varşava müqaviləsi” təşkilatının dağılması soyuq müharibənin bitməsi idi. Dərhal Polşa və Rumıniya kimi ölkələr NATO-ya üzv oldular. Daha sonra Bolqarıstan, Litva, Latviya və Estoniya kimi ölkələr də ardıcıl olaraq, həm NATO-nun, həm də Avropa İttifaqının üzvü oldular. Beləliklə, özlərini Rusiyanın intervensiyasından sığortaladılar.

Soyuq müharibədən sonra qərb dövlətləri Rusiyaya söz vermişdilər ki, NATO qoşunları şərqi Almaniyadan başqa heç yerdə hərbi qüvvələr saxlamayacaqlar. Ancaq bu, belə olmadı. Hətta Putin 2007-ci ildə NATO-ya bu vədini xatırlatmışdı. NATO artıq yavaş-yavaş şərqə doğru irəliləyirdi. Hətta Gürcüstanın və Moldoviyanın da NATO-ya üzvlüyü müzakirə edilməyə başlamışdı. Lakin ruslar bunun hələ ki, qarşısını Dnestryanı, Osetiya və Abxaziya işğalları ilə ala biliblər.

Yəni, məlum Kreml metastazı. Hətta, Rusiyanın Suriya və Liviyada olması da bu doktrinanın tərkib hissələridir.

  • Fransa və Almaniyanın Ukrayna məsələsində mövqeyi hansı istiqamətdədir?

Almaniya Ukraynanın Aİ-yə girməsində maraqlıdır. Çünki, Ukrayna Avropa üçün böyük bazardır. Ukrayna həm də bir sənaye potensialı olan dövlətdir. Almanlar müxtəlif fondlar vasitəsilə Ukraynadakı QHT-ləri maliyyələşdirir.

Lakin indiki böhran şəraitində Almaniya daha ölçülü-biçimli siyasət yürüdür; Rusiya ilə açıq konfrontasiyaya getməkdən yayınır.

Fransa hələ illərdir NATO daxilində belə ABŞ-a qarşı fərqli siyasət yürüdür. Hətta Makron deyir ki, NATO beyin ölümü keçirib və Aİ öz ordusunu qurmalıdır. Bundan başqa, Rusiyanın enerji sektorunda Fransa şirkətlərinin böyük investisiyaları var.

Sözün qısası, Fransa Rusiya ilə açıq qarşıdurmaya gedən deyil.

  • Donbasda böyük müharibə olma ehtimalı hansı səviyyədədir?

Mümkündür, ancaq Ukrayna bunu təkbaşına etmək iqtidarında deyil. Düzdür, təmas xəttinə 100 min ukraynalı əsgər toplaşıb, ancaq Zelenski ABŞ-dan qəti “söz” almaq istəyir. Çünki, bu ərazilər Ukraynanın torpaqlarıdır və geri almağa tam haqqı çatır.

Lakin bunu indiki situasiyada Krıma aid etmək çətindir. Yəni, Krıma hücum olduqca təhlükəlidir.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button