Top.Mail.Ru
ARAŞDIRMAbanner

İstanbul sözünün İLGİNC MƏNASI – Konstantinopol necə İSTANBUL OLDU? / ARAŞDIRMA

siyasi ekspert Kamal Əliyev

Əminəm ki, bu gün İstanbul olaraq bildiyimiz bir dünya şəhərinin indiki adı haqqında kifayət qədər məlumatlı deyilik.

Üç böyük imperiyanın paytaxtı olmuş dünya şəhəri İstanbul Bizans imperatoru Konstantinin adını düz 1930-cu ilin 28 martına qədər yaşadıb. Hətta 1929-cu ilə aid Osmanlı sikkəsinin üzərində də şəhərin adı Konstantiniya kimi göstərilirdi.

Düz 91 il əvvəl Türkiyə respublikasının banisi, böyük dövlət xadimi Mustafa Kamal Atatürk dünya dövlətlərinə müraciət edərək, Türkiyədəki şəhərlərin yeni türk adlarını istifadə etməyə çağırdı.

Türkiyə hökuməti rəsmi yazışmalarda və məktublarda bundan sonra Konstantinopol yerinə İstanbul, Anqora yerinə Ankara, Smyirina yerinə İzmir adlarının yazılmasını tələb etdi.

Maraqlıdır ki, həmin tarixdən sonra üzərində Konstantinopol yazılmış məktublar Türkiyə tərəfindən qəbul edilmirdi.

1929-cu ilin yanvarından Konstantinopol sözü rəsmi olaraq qadağan edildi. 1929-cu ilin 3 noyabrından Türkiyə Poçt, Teleqraf və Telefon təşkilatı yazdığı məktubda Konstantinopolun yerinə İstanbul yazılmasının vacibliyini bəyan etmişdi.

Əslində, İstanbul sözü də yunan mənşəəlidir. O zaman İstanbulda yaşayan ruslar İstanbul sözünü istifadə edirdilər. Belə ki, İstanbul sözü yunancada “eist ten polin” sözündən yaranıb və mənası “in the city”-şəhərdə deməkdir.

Ancaq bu sözün tam mənası “into the cuty”- şəhərə, şəhərin içinə deməkdir.

Hətta Türkiyədə poçt haqqında qanunun dəyişilməsindən əvvəldə şəhərdəki qeyri-müsəlmanlar “İstanbul” sözündən istifadə edirdilər. Prinsipcə,”İstanbul” sözünün tələffüzü Konstantinopol sözündən daha rahat və işləkdir.

Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button