Top.Mail.Ru
ARAŞDIRMAbanner

İranın Məhəmməd Füzuli “DƏRDİ” – Türk hökmranlığını həzm edə bilməyən FARS REJİMİ / ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Qonşu İranda Azərbaycan türklərinə qarşı assimilyasiya və aşağılama siyasəti bütün dövrlərdə müşahidə olunub. Əslində, bu siyasət həmişə sistematik xarakter daşıyıb. Ölkədəki 25 milyon azərbaycanlının mədəni hüquqları həmişə rejim tərəfindən pozulub. 1979-cu ildə baş verən islam inqilabından sonra rejimin azərbaycanlılara qarşı etnik assimilyasiya siyasəti heç də pəhləvilər xanədanının siyasətindən geri qalmayıb.

Rejimə görə, İranın əsli ünsürü farslardır, türklər isə ən yaxşı halda təbəədir.

Pandemiya ilə əlaqədar İranda da dərslər onlayn şəraitdə aparılır. Aprelin 25-də universitetə hazırlıq dərsi verən bir müəllim iddia edib ki, Füzuli sözü farsca “hər şeyə burnunu soxan deməkdir” və o, Saib Təbrizinin şeirlərini oğurlayaraq özünün türkcə divanına əlavə edib.

Həqiqət isə odur ki, Təbrizi, Məhəmməd Füzulidən 40 il sonra dünyaya gəlib. Təsəvvür edin, iranda fars millətçiliyi o qədər eybəcər hal alıb ki, artıq insanların etnik kimliyinə belə həyasızca müdaxilə edirlər.

Mən güman etmirəm ki, ədəbiyyat müəllimi Təbrizlinin Füzulidən 40 il sonra dünyaya gəldiyini bilməsin. Sadəcə, şovinizm bu insanların gözünü o qədər qaraldıb ki, artıq yalanı da adiləşdiriblər, gündəlik rutin halına gətiriblər.

Aprelin 26-dakı dərsdə isə “keçmişdəki türk idarəçilərin xüsusiyyətləri nədir?” sualına cavab olaraq “çöldə gəzən bədəvilər” ifadəsi işlədilib.

İranda dövlət idarələrində, müəssisələrində azərbaycanlılara və ölkədəki digər etnik türklərə qarşı separatist ittihamlar adiləşib və bu, hətta İran islam inqilabının da fəlsəfəsinə ziddir.

İmam Xomeyni iddia edirdi ki, şah rejiminə qarşı mübarizə bütün iranlıların mücadiləsidir.

***

Məhəmməd Füzuliyə gəldikdə isə, İranda mətbəə 19-cu əsrdə yaradılıb. Təbriz mətbəəsində Füzulinin divanı 14 dəfə türk dilində nəşr olunub. Füzulinin divanının çox nəşr edilməsinin səbəbi ölkədəki türklərin sayının və ağırlığının yüksək olması idi.

Əvvala, Məhəmməd Füzuli Güney Azərbaycanın ən məşhur şairidir. 16-cı əsrdə şərqdəki türklər üçün Əlişir Nəvai necə əziz idisə, qərbdəki türklər üçün də Füzuli o qədər sevimli şair olub.

Düzdür, Füzuli farscada şeirlər yazıb, ancaq onun ən məşhur əsərləri türkcədir.

1979-cu ilə qədər İrandakı türk bölgələrində Füzuli öyrədilirdi. Lakin, inqilabdan sonra rejim Firdovsiyə üstünlük verməyə başladı.

İranda hazırda qeyri-farslara qarşı sistematik assimilyasiya siyasəti aparılır; onların prestijinə, dəyərlərinə kobud müdaxilələr edilir.

Səbəb sadədir: qeyri-fars etnikləri maksimum farslaşdırmaq.

İranda çap edilən kitablarda son min ildə türklər “əcnəbi türklər”, “səhra türkləri”, “vəhşi türklər” kimi xarakterizə olunur. Bunun səbəbi odur ki, türklər İranı min il davamlı idarə ediblər. Lakin, rejim bunu sindirə bilmir və hələ də türklərə qarşı sistematik aşağılama, həqarət, basğı siyasətini davam etdirir. Hədəf odur ki, bütün xalqlar farscaya məhkum olunsun.

***

Bu son baş verənlərin ölkədəki siyasi atmosferlə də birbaşa əlaqəsi var. Belə ki, İranda iyun ayında prezident seçkiləri keçiriləcək. Gözlənilir ki, iyundakı seçkilər son illərdə ölkədə keçirilən seçkilərdən ən aşağı seçki fəallığının olacağı bir proses olacaq. Hətta bunu İran mediası da gizlətmir.

Rejim seçki mühitini qızışdırmaq üçün öz aləmində “ictimai mühəndislik” siyasəti yürüdür. Guya, etnikləri təhqir etməklə siyasi arenanı daha da qızışdırır.

Sorğulara görə, ən aşağı seçki fəallığı elə azərbaycanlıların yaşadığı ostanlıqlarda gözlənilir. Ola bilsin ki, prezidentliyə islahatçı bir türk namizəd də ortaya çıxsın. Rejim hiyləgərcəsinə düşünür ki, reformist türk namizədin ortaya çıxması mühafizəkarları daha da gücləndirəcək. Çox güman ki, Xamneyinin dəftərxanasında müəyyən edilən mühafizəkar fars namizədi Ruhanidən sonra növbəti prezident etmək istəyirlər.

***

Füzuli mövzusuna qayıtsaq, inqilabdan sonra rejim azərbaycanlıların daha çox yaşadığı ostanlıqlarda kütləvi farslaşdırma siyasəti aparmağa başladı.

Hətta, bu ərazilərdə Firdovsinin heykəllərini çoxaltdılar. Halbuki Firdovsinin şerlərində irqçilik, başqa etniklərə qarşı həqarətlər var.

Füzuli isə divanında birləşdirici, qucaqlayıcı prinsiplərə əhəmiyyət verib.

Məhəmməd Füzuli İrandakı bütün türk etnosların nəzərində bir irfan şairidir. Rejim isə Füzuli və Firdovsini farslar və türklər arasında özünün qütbləşdirmə siyasətinə alət edir.

Ümumiyyətlə, son illər rejim türklərə qarşı həqarət siyasətini davam etdirir. Belə ki, 2006-cı ilin mayın 16-da “İran” qəzetində türklərə “böcək” deyilmişdi. 2015-ci ilin 6 noyabrında “Fətilə” adlı uşaq verilişində türk uşağın dişlərini tualet fırçasıyla yuması və ağzından pis qoxunun gəldiyi göstərilmişdi. Mühafizəkarlara yaxın olan “Təsnim” xəbər agentliyində 2018-ci ilin 20 avqustunda “Ferzendet Kocaerst, səri süfrəyi beytul mal!” (Uşağın harda? Beytül mal süfrəsinin başında) adlı karikaturada ölkədəki qaşqay türklərinin uşaqları “dollar yeyən qoyunlara” oxşadılmışdı.

İranda irqçilik və etnik ayrı-seçkiliyə qarşı üsyan edən türklər…

İranın Təhsil Nazirliyi tərəfindən çap edilən 5-ci sinif tarix kitabının 94-cü səhifəsində “Vəzirani Kərdani İrani” adlı yazıda keçmişdə İranı idarə edən türk idarəçilərə ölkəni idarə etmə bacarığı olmayan “səhrada gəzən bədəvilər” deyilmişdi.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button