Top.Mail.Ru
ARAŞDIRMAbanner

Cavad Zərifin “səs” yazısı və opportinist MOLLALARIN QİSASI – İslahatçılara GÖZDAĞI / TƏHLİL

Siyasi ekspert Kamal Əliyev

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu ölkənin ən peşəkar, ən kariyerli diplomatlarından biridir. ABŞ-ın San-Fransisko universitetində beynəlxalq hüquq, beynəlxalq münasibətlər fakültəsində bakalavr və magistr təhsili alıb. O, daha sonra ABŞ-dakı Denver universitetində doktorantura təhsili alıb.

Zərifin namizədlik dissertasiyası beynəlxalq hüquqda “Özünü müdafiə strategiyası” adlı elmi işdir. Zərif, 2002-2007-ci illərdə İranın BMT-dəki daimi nümayəndəsi olub. 2013-cü il iyulun 23-dən Həsən Ruhani kabinetində xarici işlər naziri vəzifəsini icra edir.

***

Son günlər Cavad Zərifin ətrafında maraqlı proseslər baş verir. Daha doğrusu, mühafizəkarlar Zərifin səs yazısını paylaşaraq, ölkədəki islahatçı siyasi elitaya badalaq vurur.

Belə ki, Zərif mart ayında Londonda fəaliyyət göstərən “İran international” adlı televiziya kanalına verdiyi müsahibədə ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymanini tənqid edib. Nazir eyni zamanda ölkədəki hərbi elitanın da yerli-yersiz ölkədəki siyasi proseslərə müdaxiləsini qınayıb. İrandakı islahatçı siyasətçilər iddia edirlər ki, müsahibəni götürən iranlı iqtisadçı Səid Lilaz verdiyi sözə əməl etməyib. Yəni, o, Zərifə söz verib ki, müsahibə arxivdə qalacaq və xarici işlər naziri də buna razılaşıb.

Londondakı iranlı iqtisadçı Lilaz müsahibənin bir hissəsini yayımlayıb. Daha doğrusu, müsahibənin bir hissəsindəki səs yazısını.

Güman olunur ki, Zərifin İran hərbi elitasını və Qasım Süleymanini tənqid etməsi aysberqin hələ ki, görünən hissəsidir. Ola bilsin ki, Cavad Zərif ali dini rəhbər Əli Xamneyiyə də “incə” toxunuş edib. Hazırda İrandakı mühafizəkar media Zərifi bir neçə gündür yıxıb sürüyür. Prezident Ruhani səs yazısını tirajlayan “köstəbək”-i tapmaq üçün kəşfiyyat xidmətinə tapşırıq verib. Bu, Ruhani tərəfindən gözlənilən normal aktdır; Özü də islahatçı prezident olan Həsən Ruhani işin bir ucunun da ona toxunacağını güman edir. Digər tərəfdən, Zərifi xarici işlər naziri postuna gətirən (vaxtında mühafizəkarların etirazlarına baxmayaraq) Ruhaninin özüdür.

Yeri gəlmişkən, 2013-cü ildən İranın prezidenti olan Həsən Ruhaninin kabinetində qərb təhsilli siyasətçilər, bürokratlar həmişə çoxluqda olub. Beləliklə, mühafizəkarlara yaxın media Zərifi hesabat verməyə dəvət edir. Ən yaxşı qəzet Keyhan “Qərbpərəst iqtidar özünü xilas etmək üçün Zərifi intihara məcbur etdi” manşetiylə Əli Xamneyiyə qarşı çıxıb.

Qeyd edim ki, “Keyhan”-ın baş redaktoru həmişə ali dini lider tərəfindən təyin olunur və bu qəzet Iranda “rejimin səsi”kimi qəbul olunur.Başa bir qəzet “Sübhi-Nur” isə “Zərifin çöküşü”başlıgıyla oxucularının qarşısına çıxıb.Xorasanda nəşr olunan “Vətəni İmruz”qəzeti isə Zərifi “yazıq”adlandırıb.

Gördüyünüz kimi, Xamneyiyə yaxın media Cavad Zərifi “yıxıb sürüyür”. İslahatçılara yaxın “Şərq” qəzeti baş xəbərində “Kim deşifrə etdi, kim qazandı” başlığından istifadə edib. Əlbəttə, ordunu, inqilab keşikçiləri korpusu kimi kritik qurumları öz əllərində saxlayan konservativ elita çoxdandır ki, islahatçı iqtidarı “cəzalandırmaq” istəyirdi.

Zənnimcə, iyunda keçiriləcək seçkilərdə Xamneyi mühafizəkar prezident seçdirmək istəyir. Son parlament seçkilərində seçki fəallığı xeyli aşağı idi. Nəticədə mühafizəkarlar İran parlamentini ələ keçirdilər. Rejim qorxur ki, iyunda keçiriləcək prezident seçkilərində də seçici fəallığı aşağı olar. Üstəlik, Cavad Zərifin növbəti seçkilərdə iştirak edəcəyi variantı da zəif ehtimal deyil. Baxmayaraq ki, Zərif seçkilərdə iştirak etməyəcəyini deyir, lakin, rejim buna inana bilmir. İran cəmiyyəti iqtisadi sanksiyalardan əziyyət çəkir, milli valyuta rial həddən artıq dəyərsizləşib.

Üstəlik gənc, intellektual insanlar ölkəni tərk edirlər; gənclərin gələcəyə ümidi yoxdur, ölkənin siyasi sferasında ətalət hökm sürür.

Hazırda Məşhəddəki İran “dərin dövləti” növbəti prezident seçkilərində maksimum çalışır ki, daha zəif “islahatçı” namizəd olsun. Ehtimal olunur ki, növbəti seçkilərdə seçici fəallığı bu günə qədər İranın siyasi tarixində görünməmiş dərəcədə az olacaq. Yəni, mollalar istəyir ki, öz ağıllarına uyğun bir namizədin ilk turda qələbəsini təmin etsinlər. Bu baxımdan, Zərifin başını yeyib islahatçılara gözdağı verirlər.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button