Top.Mail.Ru
bannerDÜNYA

Vətənə xəyanətdə ittiham edilən alim ev dustaqlığında ÖLDÜ – FOTO

Rusiyalı alim, fizik, dövlət tərəfindən vətənə xəyanətdə ittiham olunan Viktor Kudryavtsev vəfat edib.

KAİM.az xəbər verir ki, bu barədə onun vəkili İvan Pavlov məlumat yayıb.

“Görkəmli alimimiz, fizik, “Komanda 29” tərəfindən müdafiə olunan və dövlətə xəyanətdə suçlanan Viktor Kudryavstsev ölüb. O, 1 il 2 ay “Lefortovo” həbsxanasında gülünc ittihamla yatıb. Bütün bunlar onun sağlamlığına ağır xətər yetirib”,-deyə vəkil Facebook səhifəsində yazıb.

Viktor Kudryavstev 2018-ci ilin iyul ayında hipersəsli texnologiyalarla bağlı məxfi məlumatları Belçika institutuna ötürməkdə günahlandırılır. Həmin institutun Belçikanın Müdafiə nazirliyi ilə əməkdaşlıq etməsi Rusiya kəşfiyyatı üçün ayrıca maraq mövzusu olub. Ittiham tərəfi ekspertin verdyi informasiyaların silah yaratmaq üçün olduqca dəyərli olduğunu bildirir. Bundan başqa, alimin məxfi informasiyalara rəsmi çıxış icazəsi də olmayıb.

Viktor Kudryavtsevin şəxsi elektron poçtuna gələn spam xarakterli məktub da onunla bağlı şübhələri artırıb. Həmin spamda alimin ABŞ-da yaşamaq və çalışmaq hüququ verən qrin-kart udduğu yazılıbmış.

2019-cu ilin sentyabrında məhkəmə onu istintaq təcridxanasından ev dustaqlığına buraxmışdı. / musavat.com

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button