Top.Mail.Ru
ARAŞDIRMAbanner

Putinə atılan “DAŞ” və Kremlin Paşinyanla “Tiqran Avenyan” OYUNU – ŞƏRH

Siyasi ekspert Kamal Əliyev

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada səfərdədir. Dünən o, Rusiyanın baş naziri Mişutsin ilə heyətlərarası görüşdə Putinə gəlişi gözəl söz atıb. Erməni baş nazir müharibəni başlatdığına görə Vladimir Putinə “təşəkkür edib”.

Bir məsələni dəqiqləşdirək ki, Ermənistanda mütləq çoxluq 44 günlük müharibədəki məğlubiyyətin günahını rəsmi Kremldə, daha doğrusu Putində görür. Düzdür, bu faktı erməni KİV-i o qədər qabartmasa da, ictimai rəy artıq formalaşıb – Rusiya erməniləri öz strateji, geopolitik maraqlarına qurban edib.

Bir müddət əvvəl Paşinyan demişdi ki, onlar “İsgəndər” raketindən istifadə ediblər, ancaq o partlamayıb. Düzdür, Paşinyan bunu sonra inkar etdi, lakin necə deyərlər, ox yaydan çıxmışdı. Həqiqət əslində belə idi ki, “İsgəndər-M” raketini Şuşaya elə ruslar özü atmışdı. Yəni, Paşinyan Azərbaycan ərazisinə bu ölümcül raketin atıldığını bilirdi. Ancaq o, əmin idi ki, mütləq “İsgəndər”-in qalıqları Azərbaycan ərazisində tapılacaq. Zənnimcə, bunu əvvəlcədən sezən Nikol Paşinyan məsuliyyəti elə o vaxt Rusiyanın üzərinə qoymuşdu. Bu, addım Paşinyanın maraqlı taktikası hesab oluna bilərdi. O ki qaldı, Paşinyanın geri addım atmasına, bu, birmənalı olaraq Rusiyanın təzyiqlərinə görə idi. Əsas odur ki, erməni cəmiyyəti Paşinyanın dediklərini tutdu. Paşinyan indi də Qarabağda hərbi əməliyyatların başlanmasına görə Putinə “təşəkkür” edir.

Hazırda, erməni sosial-media seqmentində aləm qarışıb. Hamını bir məsələ maraqlandırır: Görəsən, Paşinyan bu “quşu”-na görə iki gün sonra geri addım atacaqmı? Bəli, Paşinyan “Mənim dediklərim kontekstdən çıxarılıb, elə demək istəməmişdim” deyə bilər. Sadə ermənilər Paşinyanın geri viteslərinə öyrəncəlidirlər.

Diqqətimi bir məqam da çəkir ki, bəzi ermənilər Paşinyanın Azərbaycana əlavə torpaqlar verəcəyinə də eyham vururlar. Onlara görə, Paşinyan seçkilərdən sonra Zəngəzur dəhlizini açacaq və erməni ictimaiyyətini buna hazırlayır.

***

Paşinyanın Rusiyanın baş naziri Mişutsinə məlum sözlərinə Kremlin cavabı gecikmədi.

Kreml adminstrasiyasının kurasiyasında olan “İzvestiya” qəzetinin müxbiri Paşinyana sual verib ki, Tiqran Avenyan sizi devirmək istəyir? Əlbəttə, bu, Paşinyan üçün şok olub, lakin o, Avenyanın öz siyasi komandasının üzvü olduğunu deyərək, vəziyyətdən çıxmağa çalışıb.

Tiqran Avenyan Paşinyanın müavinidir. O, 1989-cu ildə doğulub, həm İrəvan Slavyan universitetinin riyaziyyat fakültəsinin məzunudur, həm də Londonda Quinn Mary universitetində magistr dərəcəsi alıb.

Tiqran Avenyan

Mənə rusların Paşinyanı niyə Avenyanla şoka saldığı aydın deyil. Ancaq Kremlin Avenyanla Ermənistanın baş nazirinə sataşması zarafat da ola bilər.

Bu gün Ermənistanda seçki kompaniyası dövrüdür. Kimin ətəyində nə varsa, ortaya qoyur. Biz hələ iyundakı parlament seçkilərinə qədər erməni siyasi elitasında maraqlı sürprizlərin şahidi olacağıq. Gözləyək…

KAİM..az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button