Top.Mail.Ru

ARAŞDIRMAbanner

Lavrovun BAKI SƏFƏRİ: Kremlin xülyaları və Azərbaycanın VACİB TƏLƏBLƏRİ – ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edir. O, bir müddət əvvəl də Ermənistanı ziyarət etmişdi. Qəbul edək ki, 44 günlük müharibədən sonra Rusiyanın regionda mövqeləri daha da gücləndi. Paşinyanın 2018-ci ildə inqilabla hakimiyyətə gəlişindən sonra Rusiyanın Ermənistanda mövqeləri nisbətən zəifləmişdi. Bəli, mən buna “nisbi” zəiflik deyirdim.

Ümumiyyətlə, bütün iqtisadiyyatı Rusiyasının nəzarətindədirsə, ölkəsinin Türkiyə ilə sərhədlərini rus əsgərləri qoruyursa, Ermənistanın dövlət müstəqilliyindən söhbət gedə bilməz. Səmimi olaq, ağılı başında olan ermənilər də özlərini Rusiyadan heç vaxt ayrı hiss etməyiblər. O ki qaldı, ABŞ və Avropadakı erməni diasporuna, onların tarixən bədbəxt ermənilər üçün iki missiyası olub: saxta soyqırım iddialarını tanıtmaq və kasıb, miskin Ermənistana maliyyə yardımı etmək.

Loading...
Yazının davamı reklamdan sonra

Yəqin diqqətinizdən qaçmadı, Lavrov İrəvanda olarkən, bir qrup erməni rus nazirin səfərinə etiraz etmişdi. Bu, gözlənilən idi. Siz baxmayın, ermənilərin susqunluğuna, onlar hələ də hesab edirlər ki, Rusiya 44 günlük müharibədə onları satıb.

Sadəcə, ermənilər çox ucadan Rusiyanın üstünə qışqıra bilmirlər. Əlbəttə, rasional düşünən ermənilərin sayı azdır. Əksər ermənilər çığır-bağır edir və bununla da öz bədbəxtliklərini gizlətməyə çalışırlar.

Qayıdaq Lavrovun bu gün Bakıya edəcəyi səfərə. Güman edirəm ki, Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla müzakirələrinin ana xəttini 44 günlük müharibədən sonra regional kommunikasiyaların bərpa və yaxud yenidən qurulması olacaq.

Mən istisna edirəm ki, Lavrovun Azərbaycana edəcəyi təkliflərdən biri ölkəmizin Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi olacaq. Hərçənd, erməni mətbuatı bir neçə gündür bu iddianı tirajlayır.

Hətta ermənilərin iddiasına görə, Azərbaycan bu yaxınlarda adı çəkilən təşkilata üzv olmağa cəhd edib, lakin Ermənistan öz səsvermə hüququndan istifadə edib və bunun qarşısını alıb.

Bu ənənəvi erməni iddiası qətiyyən inandırıcı deyil. Əgər Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə və ya KTMT-yə üzv etmək istəyirsə, Ermənistan bunun qarşısına ala bilməz. Putinin iki dodağının arasında olan sözə ermənilərin qarşı çıxması gülünclükdən başqa bir şey deyil. Ümumilikdə isə Azərbaycanın Rusiyanın patronajı olduğu istənilın ittifaqda təmsil olunması mənə görə faydalı ola bilməz.

Mən istəyərdim ki, bu gün Lavrovun diqqətinə “İsgəndər-M” raketi ilə bağlı məsələ də çatdırılsın. Rəsmi Bakı bu dağıdıcı təsirə malik ballistik raketlə bağlı bütün sübutları Rusiyaya təqdim edib.

Rusiya tərəfi Azərbaycanın narahatlığına cavab verməlidir. Yox, əgər Rusiya gələcəkdə də bu sübutlardan boyun qaçıracaqsa, problem beynəlxalq müstəvidə müzakirə olunmalıdır.

Digər tərəfdən, Azərbaycan hökuməti tələb etməlidir ki, Rusiya Ermənistana təzyiq rıçaqlarından istifadə edərək, minalanmış ərazilərin xəritəsini alsın.

10 noyabr razılaşmasından sonra 122 Azərbaycan vətəndaşı bu minaların partlamasından xəsarət alıb, 22 nəfər isə dünyasını dəyişib. Bu mövzu mütləq Lavrovun diqqətinə çatdırılmalıdır.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button