Top.Mail.Ru

ARAŞDIRMAbanner

Qərbin Rusiyaya təzyiq strategiyası – ABŞ və Avropa arasındakı ziddiyətlər / ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Dağlıq Qarabağdakı 44 günlük müharibə, 2011-ci ildə başlayan Suriyadakı vətəndaş müharibəsi və nəhayət Ukraynada hələ də davam edən proseslər bir ölçüdə Rusiyanın beynəlxalq arenada sıxışdırılma siyasətidir.

ABŞ başda olmaqla qərb ölkələri Rusiyanı sıxışdırma siyasətini yürüdərkən, bəzən gözləmədikləri ciddi problemlərlə də qarşılaşırlar. Məsələn, Suriyadakı vətəndaş müharibəsinə daxil olmaqla Rusiya Lazkiyə limanına yerləşdi və beləliklə, çar Pyotrun arzusunda olduğu isti dənizlərə çıxış imkanı qazandı.

2008-ci ildə Paşinyan inqilab yoluyla Ermənistanda iqtidara gəldi. Paşinyan əvvəldən də Fransa prezidenti Makron tərəfindən dəstəklənirdi. Lakin, Paşinyan iqtidarı 44 günlük müharibədə məğlubiyyətə düçar oldu. Putin Paşinyanın qərbyönümlü siyasətini həzm edə bilməzdi və etmədi də. Nikol Paşinyanı və onun “Mənim Addımım” fraksiyasını ABŞ-da dəstəkləyirdi və bunun ən başlıca səbəbi ondan ibarət idi ki, Putin Cənubi Qafqaz vasitəsilə Yaxın Şərqə nüfuz edə bilməsin.

Loading...
Yazının davamı reklamdan sonra

Gürcüstandan sonra Ermənistanı itirmək təhlükəsi ilə qarşılaşan Rusiya Qarabağ müharibəsində 44 gün səssiz qalmaqla Ermənistan hakimiyyətini cəzalandırdı. Doğrudur, Gürcüstan tamamilə Rusiyadan qurtula bilmədi. Ancaq gürcü cəmiyyətinin Rusiyaya münasibəti daha da kəskinləşdi. Təbii ki, regiona ancaq quru sərhədləri olan dövlətlərin nöqteyi-nəzərindən yanaşmaq olmaz.

***

Bolqarıstan və Rumıniya NATO-ya üzv oldu. ABŞ dərhal hər iki ölkədə öz hərbi bazalarını yaratdı. ABŞ belə bir qənaətə gəldi ki, artıq Rusiyanı Balkanlarda da məğlub etməyi bacardı.

Bu hadisələrdən sonra Montro boğazlar müqaviləsi Rusiya üçün daha da böyük əhəmiyyət kəsb etməyə başladı. Hərçənd, ruslar 2000-ci illərdə də Montro müqaviləsini yenidən nəzərdən keçirməyə cəhd edirdi. Lakin, Rumıniya və Bolqarıstan NATO-ya üzv olduqdan sonra Rusiya bu cəhdlərindən vaz keçdi.

Vurğulayım ki, Montro müqaviləsi Qara dənizlə sərhədi olmayan ölkələr üçün döyüş gəmilərini 21 gün dənizdə saxlamaq haqqını Rusiyanın istəməməsi ilə birlikdə məhdudlaşdırır. Buna rəğmən, Bolqarıstan və Rumıniyadakı ABŞ hərbi bazaları bu vəziyyəti dəyişdirmə potensialına malikdir. Hər iki şərqi Avropa ölkəsi Rusiyadan çəkinsə də, ABŞ istədiyi təqdirdə hərəkət edə bilirlər. Bolqarıstan və Rumıniya NATO üzvləri kimi özlərinin təhlükəsizlik maraqlarına zəmanət alıblar. Ona görə bu ölkələr müdafiə xərclərini də azaldıblar.

Bir məqamı da qeyd edim ki, son vaxtlar ABŞ prezidenti Co Baydenin “Amerika beynəlxalq arenaya geri döndü” sözləri içəridə də tənqid olunur.

Çünki, daxildə qlobalistlərə qarşı ciddi bir lobbi fəaliyyəti də var. Məsələn, Bayden deyir ki, Ukraynanı Rusiyaya qarşı müdafiə edəcək. Lakin o, Ukraynanı necə müdafiə edəcəyini demir. Belə olan halda, adamın ağlına 2008-ci ildəki Gürcüstan hadisələri gəlir. Görünən odur ki, Baydenin strategiyası Rusiyaya qarşı yeni “Soyuq müharibə” strategiyasını başlatmaqdır. Bayden hesab edir ki, Rusiyaya qarşı yeni “Soyuq Müharibə” strategiyası ilə Almaniya və Türkiyə kimi ölkələri də öz ətrafında konsolodasiya edə biləcək.

Belə ki, virtual keçirilən son Münhen Təhlükəsizlik konfransında Bayden dedi ki, o, bundan sonra Avropada baş verənlərlə daha yaxından maraqlanacaq. Əlbəttə, bu, Fransa və Almaniya tərəfindən isti qarşılanmadı. Çünki, qitə Avropa Putin ilə dialoq kanallarını açıq saxlamaq istəyir. Mənə görə, ABŞ-ın son zamanlar Rusiyaya qarşı aqressiyasının arxa fonunda Suriya və Aralıq dənizində baş verən hadisələr yatır. Baydenin strategiyası odur ki, adını çəkdiyim regionlardakı prosesləri öz leyhinə çevirsin və daha sonra şərqi Çin dənizi məsələsinə vaxt ayırsın. ABŞ istəyir ki, Çinin Tayvana gələcəkdə hücum planını boşa çıxarsın. Yəni, ABŞ Rusiyanı potensial “düşmən”, Çini isə “rəqib” statusunda görür. Bunun üçün kontinental Avropanı da arxasına alıb yaxın dekadada Çinin dünyadakı nüfuzunu azaltmaqdır.

Zənnimcə, ABŞ-ın Çinə qarşı qısa zamanda və təsirli nəticələr əldə etməsi asan olmayacaq.

Çin də boş oturmayıb və ABŞ iqtisadiyyatının son zamanlarda zəifləməsindən maksimum istifadə edəcək.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button