Top.Mail.Ru
ARAŞDIRMAbanner

Svanları soydaşlarımızın üzərinə kim qaldırır? – İnsidentdə rus-erməni izi / ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Gürcüstanın Kvemo-Kartli bölgəsinin Dmanisi rayonunda bir qrup etnik svanın azərbaycanlılara hücum etməsi hadisəsinə məişət kontekstindən baxmağın əleyhinəyəm. Hər nə qədər iki icmanın barışığı baş tutsa da, gələcəkdə belə hadisələrin baş verməməsi üçün Gürcüstan hakimiyyəti də ciddi tədbirlər görməlidir.

Gürcüstan uzun illərdir, etnik qarşıdurmalardan əziyyət çəkir.

Svanlar gürcüdilli etnik xalqdırlar. Bəzi rəqəmlərə görə, sayları 20-39 min arasındadır. Dmanisi (keçmiş adı Başkeçid) rayonunun əhalisinin 66%-i azərbaycanlılardır. Bu şəhərdə 14 min svanın yaşadığı söylənilir. Gürcüstan Statistika komitəsinin məlumatına görə, bu ölkədə 233 024 azərbaycanlı yaşayır. Hərçənd, həqiqi rəqəmin 500 minə çatdığı deyilir.

Gürcüstan kimi çoxmillətli ölkədə etnik zəmində konfliktlərin yaşanması mənə ötən əsrin 80-ci illərini xatırladır. Belə ki, qonşu Gürcüstanın rəhbəri Zviad Qamsaxurdiya adlı yaramaz bir millətçi azərbaycanlılar üçün “dovşan kimi artırlar” demişdi.

Azərbaycanlılara qarşı etnik diskriminasiya 1989-cu ildə ilk dəfə Bolnisi rayonunda başladı. İlk öncə millətçi gürcülər azərbaycanlılara çörək satılmasının qarşısını almışdılar. Ardınca, Marneuli rayonunda da yerli azərbaycanlılar xəstəxanalardan və məktəblərdən işdən çıxarılmışdı. Yəni, 80-ci illərin sonundan azərbaycanlılara qarşı millətçi gürcülərin təzyiqləri geniş hal almışdı. Dmanisidə cəmi 14 min svanın yaşadığı deyilir.

***

Bəs görəsən bir qrup svan çətəsi bu “cəsarəti” kimdən və hardan alıb…?

Yerli əhali deyir ki, uzun müddətdir svanlar azərbaycanlıları təhqir edir, bəzən də fiziki təzyiqə məruz qoyurlar. Hətta dəfələrlə hökumət rəsmilərinə məlumat versələr də, tədbir görülmür. Əlbəttə, kimsə bu hadisənin spontan baş verdiyini iddia edə bilər. Lakin məsələnin kökü araşdırılmalıdır – Gürcüstan hökuməti səviyyəsində.

Digər tərəfdən, Dmanisiyə yaxın ərazilərdə kompakt halda etnik ermənilərin də yaşadığını bilirik. Azərbaycanlılar sayına görə Gürcüstanda ikinci ən böyük etnik qrupdurlar. İki xalq arasında etnik konfliktin yaranmasında həm ermənilər, həm də ruslar maraqlı ola bilər.

Rəsmi Moskva 90-cı illərin əvvəllərindən bəri ,Qafqazdakı xalqlar arasında qırğın salmaqda böyük “təcrübə” sahibidir. Rusiya öz imperial maraqları üçün az qalsın keçən həftə qırğızlarla tacikləri bir-birinə qarşı qaldırsın.

Ermənilərə gəldikdə isə, bu xalq ağır məğlubiyyətini hələ də unuda bilmir. Ermənilər həmişə maraqlı olublar ki, azərbaycanlılarla gürcüləri qarşı-qarşıya qoysun. Gürcüstan Azərbaycan üçün Qərbə açılan pəncərədir, strateji enerji xəttləri də ordan keçir. Bu işdə erməni-rus izinə şübhələr qalır.

Hətta 1989-1995-ci illərdə Gürcüstandakı etnik qarşıdurmalarda 100 azərbaycanlı dünyasını dəyişmişdi, 800 ailə isə Bolnisidən Azərbaycana köçmüşdü.

Əlbəttə, azərbaycanlılar heç bir halda doğma vətənlərini tərk etməyəcəklər.

Məncə, Azərbaycan və Gürcüstan hökumətləri bu kimi etnik qarşıdurmaları vaxtında araşdırmalı və problemin böyüyüb daha da alovlanmasının qarşısını almalıdırlar. Əks təqdirdə, Rusiya hər vəchlə bu mövzudan bacardıqca “istifadə” edəcək.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button