Top.Mail.Ru
ARAŞDIRMAbanner

Ermənistan son iki ayda daha çox Fransa və ABŞ-a güvənməyə başlayıb – CƏDVƏL

İrana isə 2020-ci il noyabrın 17-də cəmi 6,8 faizlik inam olsa da, bu göstərici 2021-ci il  martın sonunda 2,4 faizə düşüb…
“Ermənistanda Rusiyaya daha az etibar etməyə başlayıblar. Əgər 44 günlük müharibənin sonuna yaxın Ermənistanda əhalinin 80%-i  Rusiyadan hərbi-siyasi yardımının gözlənilməli olduğuna inanırdısa,  mayın 21-də bu rəqəm cəmi 38.3% -ə düşüb”.
KAİM.az Moderator.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində aparılmış bir təhlildə belə deyilir.
Materialda ermənilərin Rusiyaya güvəninin aşağı düşməsi əsasən 3 səbəblə izah edilir:
1. Kapitulyasiya bəyannaməsi(10 Noyabr-S.L) və Qarabağdakı erməni torpaqlarının təslim edilməsi üçün bir vasitəçi kimi çıxış edən Rusiya, heç olmasa,  “bəyanat” ın mətninə riayət edərək, hətta Ermənistanın mənafelərini qoruya bilmədi. Məsələn, hərbi əsirlərin geri qaytarılmasına zamin durmadı.
2. Siyasətinin aşkar olmaması səbəbindən Rusiyanın davranışlarının hər zaman bilinməməsi və həmişə aydın olmaması; bu fonda tənqidi açıqlamalar və təbliğat xüsusilə canlı görünür.
3. Azərbaycan tərəfindən Ermənistan ərazisin son nüfuzetmələrdə Rusiya yenidən müttəfiqlik öhdəliklərini yerinə yetirməkdən çəkindi. Bir daha mübahisələrə dair açıqlamalar eşidilir. Bundan belə nəticə çıxarmaq olar ki, Türkiyə və Azərbaycanla bağlı Rusiyanın, ümumiyyətlə, qırmızı xətləri yoxdur və onlara hər şeyə icazə verilir”
Cədvəldən göründüyü kimi,  müharibənin başlanğıc günlərindən – 6-7 oktyabrdan bəri Ermənistanda Rusiyaya inam kəskin aşağı düşsə də,  son günlər həmin ölkəyə inam yenə də birinci yerdədir. 2-3-cü yerləri Fransa və ABŞ bölüşdürür. Ancaq müharibə bitdikdən sonra Fransaya 14,4 faiz, ABŞ-a isə cəmi 5 faiz inam olsa da, martda Fransaya inam kəskin azalıb(6,4 faiz), ABŞ-a inam  isə xeyli artıb(16,4 faiz). Mayın 21-də  Fransaya inam daha çox artaraq 31,3 faizə yüksəlib. ABŞ-ın göstəricisi isə 23,8 faizə çatıb. Rusiyaya inam isə mart ayındakı 62,9 faizdən  38,3 faizə düşüb.  Yəni 24,6 faiz azalıb. Həmin müddətdə ermənilərin  Fransaya inamı, əksinə, təxminən eyni ölçüdə 24, 9 faiz artıb.
Nəticədə son iki ayda Ermənistan sakinlərinin daha çox Fransa və ABŞ-a inamı artıb. İrana isə 2020-ci il noyabrın 17-də cəmi 6,8 faizlik inam olsa da, bu göstərici 2021-ci il  martın sonunda 2,4 faizə düşüb. Son iki ay ərzində isə tamamilə yox olub. Ermənistanın öz gücünə böhrandan çıxacağına inam  isə 17 noyabrdan bəri sıfıra düşüb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button