Top.Mail.Ru

ARAŞDIRMAbanner

Qlobal kapitalizm xidmətçisi Makronun Türk və islam dünyasına təşkilatlanmasının DETALLARI – TƏHLİL

Fransa prezidenti Emmanuel Makron Livana və İraqa bir səfər turuna çıxması heç kimə sirr deyil. Yarımçıq siyasətçi adlanan Fransa lideri  “Fransanı özünün bir zamanlar güclü olan Ərəb siyasətinə yenidən döndərmək” iddisını da gizlətmədən ortaya qoydu.

Makronun bu ifadəsi,1959-cu ildə iqtidara gələrkən Yaxın Şərq siyasətini kökündən dəyişdirən Şarl De Qolun, İsrailin 6 günlük Ərəb Savaşını qınamasına bənzəri idi. Deyim ki, De Qol o zamanlar, İngiltərə və ABŞ-ın Transatlantik Birliyinə qarşı, Ərəb Ölkələri ilə münasibətləri bir tarazlığa gətirməyə çalışırdı. Amma, Makronun hazırkı siyasətində isə tam tərsinə, ABŞ-İsrail birliyində Türkiyəyə qarşı Ərəb rejimlərini təşkilatlandırmağa çalışdığını görümək mümkündür.

Qeyd edək ki, Fransanın əvvəlcədən təşkilatlanması körfəzdə Qətərdən savayı digər Ərəb rejimlərini Türkiyəyə qarşı ABŞ və İsrail də alət etməkdir. Livan və İraq,  İranın təsir dairəsində olduğu üçün, bu iki ölkəni Türkiyəyə qarşı təşkilatlandırmaq işi Makrona Birtaniya tapşırığı deməkdir.

Loading...
Yazının davamı reklamdan sonra

Bu səbəbdən də o, əvvəl Livanda Hizbullah təşkilatının yetkililəri ilə görüşüb İranın könlünü aldıqdan sonra İraqa getdi. Burada Türkiyənin PKK-ya qaşı əməliyyatlarını qınamaqla, Makron səfərinin əsil məqsədinin nə olduğunu büruzə verdi.

Makron əslində Fransa xalqına deyil, qlobal kapitalizmə xidmət edir. 7 may 2017-ci il seçkilərində,Makronun qlobal kapitalizmin dəstəyi ilə prezident seçildiyini hamı bilir. Dolayısı ilə, Makronun bu həmlələri bir yandan qlobal kapitalistlərə borcunu ödəmək, digər yandan ABŞ-dakı seçki sonrasına hazırlıq etmək məqsədini güdür.

Deyə bilərik ki, ümumiyyətlə Türk-Fransız münasibətləri tarixən həmişə enişli yoxuşlu olub. Bu münasibətlərin indiki durumunun təməli, Makronun 2019-cu ildə Putinə:-“bölgəni birlikdə dizayn edək” təklifindən qaynaqlana bilər. Ancaq Türkiyənin strateji həmlələri Fransanı Suriyada oyundan kənara atdı, Liviya da istədiyini vermədi, İraqda heç cürə varlığa sahib ola bilmədi və Tunisdə çevriliş planı boşa çıxdarıldı. Bu durum daxili siyasətdə Makronu çətin duruma saldı, xarici siyasətdə isə imicini pozdu.

İndi isə Makron Türkiyəyə deyir ki, -içində olduğun 200 illik komadan çıxmağa çalışma,tarixini və mədəniyyətini aşağılamağa davam et,coğrafiyana üzünü döndərmə,könlünü açma,özün olmağa çalışma. Lakin Türkiyə qürurla bunları rədd edərək,sülhü və ədaləti daim müdafiə edəcəyini bəyan etdikdən sonra, Fransada  peyğəmbərimizin təhqiri, türk mallarının boykot edilməsi və Türkiyəyə qarşı təşkilatlanmanın genişləndirilməsi kimi alçaq yollara əl atıldı.

Burda danılmaz bir həqiqətdə də odur ki, Türk və bütövlükdə müsəlman dünyasının, qərbin bu çirkin həmlələrinin əslində İslama qarşı yönəldiyini elə bütün dünyayaya da gün kimi aydındır.

“Kainat” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button