Top.Mail.Ru
bannerDÜNYA

İranda dəhşətli vəziyyət – Ruhani qərar verdi

İranda koronavirusa yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur.

KAİM.az xəbər verir ki, ölkədə 7 min 820 nəfər koronavirusa yoluxub, 386 nəfər isə vəfat edib.

Ölkədə virusa yoluxanların ümumi sayı 612 min 772 nəfər, ölənlərin sayı isə 34 min 864-ə çatıb.

Müalicəsi davam edən 5 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 481 min 930 nəfər sağalaraq evə buraxılıb.

Prezident Həsən Ruhani İranın 25 vilayətindəki 46 şəhərdə 10 gün müddətində karantin rejiminin tətbiq ediləcəyini açıqlayıb. Təhsil müəssisələri ilə yanaşı, ictimai iaşə obyektlərinin fəaliyyəti qadağan olunacaq.(Teleqraf.com)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button