Top.Mail.Ru

ARAŞDIRMAbanner

Azərbaycan Ordusnun qələbəsi və Paşinyanın yalvarış məktubu – əslində Putinə nə yazılmışdı?(DETALLAR)

Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-də erməni hücumlarına qarşı başlatdığı Böyük Hücumdakı fövqəladə performansı ciddi əks-səda doğurdu. Bəzi gecikmələrə və fasilələrə baxmayaraq, müzəffər  ordumuz son dərəcə sabit və təsirli hücumlar nəticəsində bir çox yüksəklilkləri, rayonları, qəsəbə və kəndləri erməni işğalından azad etdi.

Bundan sonra Ermənistan, Rusiyanı tərəfləri danışıqlar masasına oturmağa, İravanı dəstəkləməyə və Azərbaycanın atəşkəsə təhrik edilməsinə, problemin beynəlxalq platformadakı həllinə nail olmağa çanvaşanlıq etsədə, ancaq vaxt və şərtlər bir çox cəhətdən onlara qarşı çıxdı.

Dünya pandemiya ilə qarşıması, ABŞ-da kritik prezident seçkisi,  Rusiya Paşinyandan canını qurtarması,
Türkiyə bölgədə siyasi, hərbi baxımdan Azərbaycana hər cür dəstəyi və ən nəhayyət, Azərbaycan ordusu əməliyyat kontekstində üstünlük təşkil etməsi və texnika, silah avadanlığı baxımından son dərəcə müasir silah arsenalına sahib olması həqiqətən də erməni işğalının son ölüm akortları idi. Bütün bunları birlikdə nəzərdən keçirəndə vəziyyətin Ermənistanın nə qədər avantajsız vəziyyətədə olduğunu  görməmək mümkün deyil.

Loading...
Yazının davamı reklamdan sonra

Azərbaycanın döyüş meydanındakı ardıcıl qələbələri, Ermənistanın sürətlə tükənən müharibə ehtiyatları (humanitar və sursat) onu yeni “diplomatik axtarışı” məcburiyyətində qoydu. Əsasən Fransa tərəfindən verilən diplomatik dəstək hələki faydasız olsa da, dünya dövlətləri, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən edilən təşəbbüslər gözlənilən nəticəni ortaya qoya bilmədi. Düşmən tərfdə diasporanın verdiyi dəstək (maddi və təbliğat) günbəgün məğlub olan və zəifləyən Ermənistan üçün bir daha vasitəyə çevrilə bilmədi və bilməzdidə. Bununla yanaşı müharibə bu surətlə davam edəcvəyi təqdirdə, ermənilərin gələcəkdə itkilərinin daha da artacağını nəzərə alsaq, İravan  davamlı müharibə iqtisadiyyatına sahib olmadığı göz önündədir. Yüksək iqtisadi potensiala, güclü silahları və texnologiyaya sahib olan Azərbaycan isə bu müharibəni uzun müddət davam etdirə biləcəyi hər kəsə gün kimi aydındır.

Həttda buna Ermənistanın tam səfərbərlik elan etməsi, diaspora erməniləri çağıraraq könüllüləri orduya cəlb etməsi, Ermənistan və Qarabağda könüllü yerli qüvvələr yaratmas, həttda müzdlu döyüşçülər toplaması belə Azərbaycanın qarşısında daha da rüsvayçı duruma düşəcəyi kəsindir.

Qarabağda və erməni siyasi arenasında məğlub olan Paşinyanın  çarəsi və güclü “qara təbliğat”ı göründüyü kimi özü qədər gülüncdür . O, daxili ictimaiyyətdə etirazların qarşısını almaq (humanitar atəşkəsə tabe olmamaq, cəsədləri götürməmək, “ikinci soyqırımı” iddialarını daim gündəmdə saxlamaq), Azərbaycan mülki şəxsləri vuraraq  intiqam almaq, Ordumuz qarşı dünyada anti- ictimai rəyi, məğlub erməni ordusunun Türk ordusu və Yaxın Şərq cihadçılar ilə vuruşduqlarına Ermənistanı inandırmaq və bunulada şimaldakı erməni diasporası vasitəsi ilə Rusiya ictimaiyyətinə təsir göstərmək kimi paşinyansayağı siyasi gedişlər etməsi yenədə onun məğlubiyyəti deməkdir.

Paşinyanın bütün bu gedişlərdən doğan çirkin siyasətdir ki,  ABŞ rəhbərliyi İravana qarşı bu günə qədər verdiyi açıqlamalarda son dərəcə laqeyd, təmkinli və bəzən məntiqsiz bir münasibət nümayiş etdirir.
Bundan əlavə, Amnesty International, Ermənistanın çoxsaylı qadağan olunmuş bomba istifadə etdiyini etiraf etdi. Suriyadan olan beynəlxalq döyüşçülərin Azərbaycan ordusu ilə birlikdə döyüşdüyünü və bunun dünyanın təhlükəsizliyinə təhlükə yaratdığını iddia edən ermənilərin iddialarına (qismən Rusiya istisna olmaqla) heç bir reaksiya verilmədi və yalanladı. Bu vəziyyət Ermənistanın onsuz da çətin vəziyyətini daha da çətinləşdirir. Bu səbəbdən Qərb dəyərlərini səsləndirərək hakimiyyətə gələn Paşinyanın Moskvaya yalvarması başa düşüləndir. Çıxılmaz vəziyyətdə olan Paşinyan, keçmiş prezident L. Köçəryana Ter-Petrosyan və Köçəryanın Moskvada görüşməsi üçün pasport verdi (?) (Məhkəmə prosesi davam etdiyi üçün pasportu ələ keçirildi). Amma buna Rusiya razı olmadığı üçün, Covid-19 adı ilə  Koçaryanın  bu səfəri reallaşmadı.

Ən nəhayyət Paşinyanın 31 oktyabr 2020-ci ildə Putinə yazdığı yalvarış məktubda Rusiyanın dəstəyini almağa çalışmasıdır. Məktubda nələr yazılmışdı. Aciz Paşinyan gözyaşları içində Putinə yazırdı: “Yaxın Şərqdən gələn xarici terrorçuların Dağlıq Qarabağa qarşı müharibədə iştirak etdikləri, qarşıdurmaların Ermənistan sərhədinə yaxınlaşdığı və hazırda Ermənistan Respublikası ərazilərinə təcavüz hadisələrinin yaşandığı” deyilirdi. Bununla yanaşı ” Bu baxımdan, Ermənistan hökumətinin, 29 avqust 1997-ci il tarixində Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında imzalanmış Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin 2-ci maddəsinə uyğun olaraq, Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün Rusiya Federasiyası tərəfindən göstərilə biləcək yardımın növü və həcmi ilə bağlı dərhal məsləhətləşmələrə başlamaq üçün Ermənistan hökumətinin istəyi həyata keçirilməlidir”.

Amma, Putin bu məktubu soyuqqanlıqla qarşıladı və Xarici İşlər Nazirliyi vasitəsi ilə cavab verdi (Cavab nazirliyin rəsmi saytında verilir). Bu münasibət əslində “məndən uzaqlaş” deməkdir. Moskva müharibənin Ermənistan ərazisində davam edəcəyi təqdirdə dəstəkləyəcəyini bildirərək Paşinyan rəhbərliyini rədd etdi. Çox keçməmiş Paşinyanın rədd edilməsinə keçmiş prezident Ter-Petrosyan da şərh verdi: “Nikol Vladimir Putinə bir tələb məktubu göndərdi. Putin ona Xarici İşlər Nazirliyi vasitəsi ilə cavab göndərdi. “Nə dediyini anlamıram? Başa düşmürsənsə, ayıb olsun bizə! Mən Ermənistanın tam təhlükəsizliyini təmin etməyə borcluyam və hazıram, amma başa düş, Qarabağ problemini artıq sənin üçün həll edə bilmərəm.” Buda Putinin vəssalamı.

Xülasə, döyüş meydanında ağır zərbələr alan erməi əsgərinin düşməni Paşinyanın çarəsiz məktubunda da göründüyü kimi, hökümət rəhbəri müharibəni uzatmaqla, atəşkəsdə və ya sülh prosesində söz sahibi olmaq arzusu, bir şəkildə Rusiyanın birbaşa dəstəyini alaraq, minimum itki ilə həm əsgərinin həm də özünün çürük siyasətini biabırçı məğlubiyyətdən qurtarmaqdan başqa bir ŞEY deyil.

“Kainat” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button