Top.Mail.Ru

bannerKRİM - XRONİKA

Qulinin bu məşhur adamı oğru adından məhrum edildi – kriminal aləmdə son HESABLAŞMA

Lotu Qulinin ölümündən sonra onun bəzi tərəfdarlarının başı ağrımağa başlayıb.
Kiam.az xəbər verir ki, Səlifovun klanından olan 46 yaşlı Paata Vaşakidzenin oğru adı əlindən alınıb. Bu haqda “Praym Kraym ” nəşri məlumat verib.
Beləki, kriminal aləmdə Paata Samtredskiy yaxud Yeşxa ləqəbi ilə tanınan avtoriteti oğru adından elə yerlisi, Gürcüstanın Samtrediyasından olan 43 yaşlı Avto Tuquşi məhrum edib. Məsələ qalxandan sonra Avtoya Türkiyədəki oğrular- Yura Lazarevskiy, Jiro Şaumyanskiy,Artyom Goriskiy,Arman Kalaujskiy,Remena və diğərləri zəng edib. Avto onlara deyib ki, “sxodka” olsa hər şeyi izah edə bilər. Bunu eşidən Jiro Şaumyankiy Avtoya deyib ki, bu telefon söhbəti deyil. Bundan sonra Avto sərt cavab qaytarıb ki, telefon söhbəti deyilsə niyə zəng ediblər. Həm də xatırladıb ki, Paataya oğru adı elə telefonla verilib. Patta Vaşakidze Qulinin klanına 2013-cü ildə daxil olub. Həmin vaxt o Moskvada , “Butırka” təcridxanasında istintaq altında idi. Ancaq istintaqda işi ağırlaşmasın deyə oğru adını almağını düz 2014-cü ilə kimi gizlətdi. Moskvadan “Asino” həbsxanasına köçürüləndə isə açıqladı və orda qanuni oğru statusunda cəzasın çəkdi. Avto Tuquşinin onun oğru adını almasından sonra Tomsk həbsxanasına zənglər olub və Paataya oğru kassasından pul göndərmək qadağa edilib.
Bu vaxta qədər Paata məhz bu pullarla Türkiyə kurortlarında kefə baxırdı. Maraqlı məsələ budur ki, Avto üzü saxta sənədlərlə Almaniyada ilişib və istintaq altındadır. Paata ilə bağlı “sxodka” ona görə təxirə düşüb. Qeyd edək ki, Avtonun oğru adını Paatadan 11 il əvvəl alıb. Bu vaxtadək adı demək olar ki, heç bir qalmaqalda hallanmayıb. Paatanın məsələsi ilə bağlı isə gündəmə düşüb.
İlqar Atabəyli
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button