Top.Mail.Ru

ARAŞDIRMAbanner

ABŞ-ın hərbiləşdirilmiş xarici siyasətinin seçiləcək “qəhramanı” – Biden yoxsa Tramp(ARAŞDIRMA)

ABŞ illərdir həm bölgəsində, həm də uzaq coğrafiyalarda hərbi müdaxilələrlə və ya demokratiya adı altında Tanrıya belə uzaq olan bir dövlətdir. 

Heç kimə sirr deyil ki,  ABŞ-ın hərbiləşdirilmiş xarici siyasəti 120 ildən çoxdur ki, mühüm gücə sahibdir. Bu səbəbdəb də ölkədə keçirilən prezident seçkilərində seçilən şəxsin kimliyi mühüm deyil.  Hər seçilmiş prezident,  ölkənin daxili və xarici siyasəti ilə bağlı əlbəttə ki, təkbaşına qərar verə bilməz. Həmin seçilən prezident ancaq öz doktrinasına uyğun olaraq, ölkələrin daxili işlərinə müdaxilə edə bilər. Çünki, “ABŞ təhlükəsizliyi” və ya “maraqlar” üçün hərbi güc üzərində qurulan bu dövlətin xarici siyasəti, dağıdıcı müharibələrə meydan olur. Bir anlıq Tripoli ilə müharibə (1801-1805), Meksika ilə müharibə (1846-1848), 1853, 1859,1876, 1913, 1914, 1915, 1916, 1923-cü illərdə isə bu müharibədən sonra eyni ölkələrin daxili işinə müdaxilələr. Və müasir zamanımızda yaran savaş meydanları. Bunları saymaqla qurtarmasada ABŞ dövlətinin bir qorxunc güc sahibi olduğunu unutmamalıyıq.

Bununla yanaşı məşhur Monreo doktrinasın yada salaq.  Əsrdən artıq  müdaxilələrə nəzər salsaq görərik ki, ABŞ Cənubi Amerika ölkələrinə də hərtərəfli müdaxilələr edib. Beləki, 1831-ci ildən başlayaraq (20 il əvvələ qədər) qitənin ən böyük ölkələrindən biri olan Argentinaya daima ABŞ müdaxiləsindən uzaqda saxlamır. 1855-ci ildən bu yaxınlara qədər Latın Amerikası ölkəsi Nikaraquanın başına gətirdiyi oyunlar daxil kukla hökumətlər yaradaraq dəstək belə verirdi . Hələ də Kubaya birbaşa  dolayı müdaxilələri var. Paraqvaya 1855, 1858, 1868, 1947, 1973-cü illərdəki müdaxilələr, 1948-ci ildə prezidentliyə namizədlərdən biri Jorge Eliecer Gaitan’ı öldürdü və Kolumbiya daxili siyasətini nəzarətə götürüldüyünü yada salaq. 1948-1957-ci illər arasında ABŞ tərəfdarı diktatorlar tərəfindən idarə olunan bu ölkədə 300 mindən çox insan öldürüldü. ABŞ Panamaya ilk müdaxiləsini 1856-cı ildə edib. Bunun ardınca 1898, 1903-cü il (ölkənin Kolumbiyaya qarşı istiqlal mücadiləsini dəstəkləmək üçün) müdaxilə edib. Bu ölkə 1918-ci ildə, iki dəfə 1925-ci ildə, 1989-cu ildən 1990-cı ilə qədər üçüncü dəfə işğal edilib. 1941-ci və 1968 -ci illərdə həmin  ölkədə  çevriliş düzənləyib. Buna Tayıvan və digər yaxın ölkələr də daxildir.

Bundan başqa,Yaponiyanın bütün tarixini təsir edən ABŞ bu ölkəyə iki dəfə (1853-1858 və 1939-1945) hərbi müdaxilələr edib. Onlardan Ficiyə müdaxiləsi 1840, 1855, 1858-ci illərdə və Havay adalarına, əvvəlcə bir dəniz qüvvəsi göndərərək (1893), sonra (1898) heç bir rəsmi razılaşma olmadan Amerika Birləşmiş Ştatları ilə əlaqələndirildi.

Demokratik dünya dövləti(Amerika) 1950-1953-cü illər arasında Şimali Koreya ilə Cənubi Koreya arasındakı müharibəyə hərbi müdaxilə etdi. 1956-cı il Süveyş Kanalı böhranını bəhanə gətirərək Misirə qoşun göndərdi. 1881, 1891, 1914 – 1934, 1994, 2004 – 2005 – ci illərdə Haitiyə, 1898 – ci ildə Samo adalarında müdaxilə etdi. Vietnamda, 60 min əsgərini itirən ABŞ  1958, 1982-1984 Livandakı hərbi müdaxilələrə qədər davam edən müharibələrlə yadda qaldı.  Bu gün isə ABŞ, Suriya meydanında əliboş yürüyür. Və bu son deyil. Bu gün seçiləcək ABŞ prezidenti sabah bir bəhanə ilə digər bir dövləti müharibə meydanına çevirəcək. Yüz illərdidir dünyanın demək olar ki, hər yerinə müdaxilə edən bir müharibə maşını olaraq öz səbəbləri ilə ABŞ prezident seçkilərinə laqeyd qalmaq olmaz. Əlbəttə ki, hər bir prezident, ABŞ hökmdarlarının uyğun gördüyü anda dünya siyasətini dəyişdirdi və təcavüzkar bir həqiqətə çevirilir. Nümunə olaqraq, vaxti ilə öz doktrinalarını formalaşdıran ABŞ-ın beşinci prezidenti, Monreo Doktrininin atası, ABŞ-ın bütün ekspansionist siyasətlərinin əsası sayılan James Monreonu göstərmək olar.

Dövründə keçirilən seçkilərdə qalib olan James Monreo seçkidən bir neçə gün sonra bildirir:

“Hər kəs açıq şəkildə görməlidir ki, ərazi genişlənməsi hər hökumətə daha geniş fəaliyyət sərbəstliyi verir, təhlükəsizliyini möhkəmləndirir və əks halda ədalətli sərhədlərdə qalmaqla bütün Amerika xalqı üçün yaxşı təsir göstərir. Torpağın böyüklüyü bir millətin bir çox xüsusiyyətini təyin edir. Resurslar, Əhalinin və fiziki gücün hədlərini göstərir. Bir sözlə, böyük güclə kiçik güc arasındakı fərqi ortaya qoyur ”.

Unutmayaq ki, Amerikada seçkidə qalib olan George HW Bush (Ata Bush) Yeni Dünya Nizamını irəli sürdü, Bill Clinton-un Qloballaşması, George W. Bush (Son Bush) “terrorizmlə müharibə” doktrinasını irəli sürdü. Barak Obama isə “Yeni İdealizm” doktrinası ilə iki dəfə hakimiyyət həyatı yaşadı.

Bəs Donald Tramp? – Sirr deyil ki,  Donald Trampın adından irəli gələn və heç kimin ciddi qəbul etmədiyi bir doktrina gördük. Bu doktrina, Tramp administrasiyası tərəfindən hazırlanan 18 dekabr 2017-ci il tarixli “ABŞ-ın Milli Təhlükəsizlik Strateji Sənədi”nə əsaslanırdı. Onun mahiyyəti “ABŞ-ın hegemonluqdan və yumşaq güc anlayışından imtina edərək, sərt güc və təhlükəsizlik siyasətinə yönəlməsidir”. Rəmzi gücə sahib olduğu deyilən prezident Trampın dünyanı “səliqəyə salmağa” yönəlmiş doktrinası ölkələrə ağrı, xaos və gizli yada aşikar ölüm gətirdi. Tutaq ki, Tramp gedib, Bayden gələndə  nə dəyişəcək? Əslində vəziyyət çox pisləşəcək və heçnə dəyişməyəcək.

Deməli, Demokratik Partiyadan prezidentliyə namizəd Joe Bidenin doktrinası da o birilərdə heç də fərqli olmayacaq. Bidenin üzərində qurulan AB-ın  xarici siyasət əslində Harry Trumanın izlərini daşıyacaq. Beləliklə, Truman doktrini, Biden ilə yenidən həyata keçiriləcək.

Öz kompaniyası zamanı  tez-tez “azad dünya”, “demokratiya”, “Avropa”, “liderlik” kimi anlayışlardan istifadə edən Biden demək olar ki,Trumanı izləyir. Truman doktrini əslində  nə idi?  Bu, Trumanın 1947-ci ildə “Sovet təhdidi”nə qarşı hazırlanan son dərəcə gizli və vacib sənəddir.

İndi Biden hər çıxışında “beynəlxalq əməkdaşlığı qucaqlamaqdan” danışsa da, onun prioriteti Rusiya ilə bağlıdır. Çinlə  də həm ticarət, həm də siyasi olaraq mübarizə aparmalı olacaq Biden seçkidə qalib çıxacağı halda kiminlə müttəfiq, kiminlə düşmən  olacağı əslində ABŞ-ın dövlət marağıdır. Yəni fərq etməz ABŞ-da kimin prezident olacağı. Əsas bizlərə nə olacağıdır…?!

“Kainat” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button