Top.Mail.Ru
ARAŞDIRMAbanner

Əli Kərimli və İran agenti Tohid İbrahimbəylinin “cəsus məktəbi” – ŞOK DETALLAR

Vətən müharibəsi başladığı gündən etibarən hər keçən gün işğalçı ermənistan küncə sıxılmaqla yanaşı, tənəzülə uğrayır və hərb meydanındakı uğursuzluğuna Azərbaycanın mülki insanlarına qarşı qətliamlar törətməklə cavab verir. Ermənistanın bu addımı, yəni sivil insanlara qarşı vəhşilikləri, qətliamları hər kəs görür, bilir. Lakin müəyyən qüvvələr ikiüzlülük, riyakarlıq etməklə yanaşı terroru, terrorçunu öz maraqlarına uyğun olaraq himayə edirlər.

İşğalçı ermənistana dəstək verən ölkələrdən biri də, İran İslam Respublikasıdır. İşğalçıya dəstək verən ölkənin adındakı islam sözü fars-molla hökuməti üçün yalnız çətirdir. Belə olmasaydı, rəsmi Tehran hökuməti terroru və işğalı dəstəkləməzdi. İran adlı ölkə 27 sentyabrdan etibarən ermənistana hərbi ləvazimatların çatdırılmasını təşkil etdi. Bu barədə kifayət qədər foto və videolar vardır. Bununla yanaşı, İran-Azərbaycan sərhədinə canlı qüvvə və hərbi texnika yığdı: Bir neçə dəfə İran hərbi rəhbərliyi, İran ərazisinə düşən mərmilərə görə öz ağlı ilə Azərbaycana xəbərdarlıq etdi. Hansı ki, həmin raketlər ermənistan tərəfindən atılmışdı. İranın dini hövzələrində daha doğrusu “cəsus məktəblərində” yetişdirilən Tohid İbrahimbəyli kimi şəxsiyyətsizlər İranın içini göstərdilər. Belə ki, Tohid müharibənin ilk günündən başlayaraq, Azərbaycanın əlehinə danışmağa başlamış, inanclı insanları vətən müharibəsində iştirak etməməyə çağırmışdır.

Saytların yığılması Saytların yığılması

Bunun adı nədir? Özünə və özü kimilərə Hüseynçi adı vermiş bu xəyanətkarları bəsləyən İran hökuməti bunu görmürmü? Dildə Azərbaycanın haqq işini dəstəkləyən iranın ali dini rəhbəri bu əməl və faktları bilmirmi?

Əlbəttə, görür və bilirlər. Bu faktlar bir daha fars rejiminin mahiyyətini, niyyətini və məqsədini sübut edir. Təəssüflər olsun ki, satqın və xəyanətkarlar təkcə ölkə xaricində deyil, daxilidə də var. Özünü xalqın cəbhəsinin lideri adlandıran şəxs olan Əli Kərimli bu günlərdə bir daha kimliyini, kreslo xəstəliyini göstərmiş oldu. Vətən müharibəsinin ilk günündə ölkədə fəaliyyət göstərən ictimai-siyasi partiya və təşkilatlar, Ali baş komandanın ətrafında birləşdilər və həmrəyliklərini bəyan etdilər. Yalnız “qotur keçi” kimi Əli Kərimli isə kənarda durdu. Şanlı Azərbaycan əsgəri Ali Baş Komandan tərəfindən verilmiş döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdi və qələbə tariximizi yazmağa başlayan kimi Əli Kərimli peyda oldu ki, mən də varam. Bu adam, yəni xalqın cəbhəsinin lideri deyil, dərnəy rəhbəri təfəkküründə çıxış etməyə başladı. Özünü elə göstərdi ki, ordumuzun uğuruna sevinir. Amma xislətini yenə də gizlədə bilmədi. Kimsə bu xəstəyə başa salsın ki, AXCP üzvü Azərbaycan Respublikasının vətəndaşıdır. Onlar da hər bir vətəndaş kimi vətən müharibəsində iştirak etməlidir. Əli Kərimli öz çıxışlarında cəbhəçilərin də müharibədə iştirak etdiyini bildirir.

Ay xəstə, bəs cəbhəçilər nə etməlidir? Yoxsa, hamısı müavinin kolxoz mütəxəsisi Vahid kimi sosial şəbəkələrdə bilərəkdən şəhid, yaralı əsgərlərimizin ad, soyad və şəkillərini paylayıb düşmənə itkilərimiz haqda bilgi verməlidir? Bu azmış kimi Səadət Cahangir adlı fəal üzvün olmayan problemi tirajlamaqla nəyə nail olmağı düşünürsüz? Tofiq Məmmədov adlı üzvünüzün problemini qabartmaqla kimə, nəyə xidmət etdiyinizi göstərirsiz? Bu gün Vətən müharibəsi gedir. Vətən müharibəsində hər şey cəbhə üçündür. Bu cəbhə siz Kərimlinin dərnəyi deyil. Bu cəbhə ön səngərdir. Cənab Kərimli, sizlə İran cəsusu Tohid İbrahimbəyli arasında fərq nədir ki? Əli Kərimli, işğalçı ermənistanı, açıq və gizli formada himayə edən, dəstəkləyən qüvvələrlə fərqin nədir? Yəqin ki, bu suallara səmimi və düzgün cavab verməzsən.

Amma xalqımız bir daha səni və dərnəyini yaxşı tanımış oldu. Zamanında Əbülfəz Elçibəy sizi düzgün qiymətləndirib. Əli Kərimli millətin düşmənidir!

“Kainat” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir