Top.Mail.Ru

ARAŞDIRMAbanner

Vurulan helikopter, edilən üzürxahlıq və ermənistanın bəlli “mükafat”ı – TƏHLİL

Situasiyanı təhlil etməyə cəhd göstərək.

✅ Əvvəlcə ilkin və sakramental sual: nə baş verib?

Rusiyanın Gümrüdəki 102-ci bazasının Mi-24 hərbi helikopterinin Ermənistanın Armavir rayonunda, Yerasx kəndinin səmasında vurulub.
İnsidentdə helikopter heyətinin iki üzvü həlak olub, bir nəfər yaralanıb.

Loading...
Yazının davamı reklamdan sonra

102-ci hərbi bazanın mənsublarının dediklərinə görə, Mi-24 helikopteri avtomobil kolonunu müşayiət edib və heç bir qaydanı pozmayıb.

✅ 2-ci sual: helikopter niyə vuruldu?

Ermənistanın Naxçıvanla həmsərhəd olan Armavir rayonu Ermənistan Müdafiə Nazirliyinin 1-ci Ordu Korpusunun fəaliyyət dairəsindədir.

Həmin korpus Rusiya istehsalı olan 1L269 “Krasuxa-2” radioelektron mübarizə kompleksinə malikdir.

Bu kompleks 70-300 kilometr məsafə diapazonunda sadəcə, radiosiqnalları yox, CSM və CPS siqnalları da “boğur”. Yəni “Krasuxa-2” işə salınanda mobil telefonlar, təyyarə, helikopter və dronların idarəetmə sistemləri sıradan çıxarılır.

Mi-24 helikopteri də kolonu müüşayiət edərkən “Krasuxa-2″nin təsirinə məruz qala bilərdi.

Belədə, alınan ssenariyə nəzər salaq: Mi-24 uçur, “Krasuxa-24” işə düşür, helikopterin baza və dispetçerlərlə əlaqəsi kəsilir.

Naxçıvandakı Hava Hücumündan Müdafiə Qüvvəlləri Azərbaycan-Ermənistan sərhədinin bilavasitə yaxınlığında, Naxçıvan üçün çox təhlükəli, atış məsafəsində çağırışlara və müraciətlərə cavab verməyən, radarların təsir dairəsindən aşağıda uçan helikopter aşkarlayır.

Mi-24 heç bir çağırışı cavablamır və belədə, təbii ki, Naxçıvandakı HHM fəaliyyətə keçir.

Bilavasitə döyüş növbəsində olan əsgər sürətlə yaxınlaşan təhlükə mənbəyini görür və vəzifəsini yerinə yetirərək, heç bir əmr gözləmədən atəş açır.

Mi-24 daşınan zenit-raket kompleksi ilə vurulur. Çox yəqin ki, Rusiya istehsalı olan “İqla”dan istifadə olunub.

Mi-24 helikopteri bunu qəsdən edib?

Düşünmürəm.

“Krasuxa-2” işə salındığından CSM və ən başlıcası, GPS, habelə Rusiyanın istifadə etdiyi milli GLONASS sistemi işləməyən pilot haraya doğruu hərəkət etdiyini bilmir.

O, Azərbaycan-Ermənistan sərhədinə bilərəkdən yaxınlaşmır: sadəcə, sistem işləmir.

Qarabağda döyüşlər getdiyindən, Ermənistan fasiləsiz təxribatlar etdiyindən Naxçıvanda HHM gərgin döyüşə hazırlıq vəziyyətindədir.

Ön postda, döyüş növbəsində olan əsgər nə etməli idi? Atəş açmalı idi, açdı da.

Faciəli insidentin iki səbəbkarı var: uçuş marşrutundan çıxan Mi-24 pilotu və tələsik davranan əsgər.

✅ 3-cü sual: kimə sərfəlidir?

Təbii ki, Ermənistana. Ermənistan sentyabrın 27-dən, Qarabağda işğalçını sülhə məcburetmə əməliyyatı başlayan ilk gündən bəri Rusiyanı KTMT çərçivəsində münaqişəyə cəlb etməyə çalışır, bunun üçün əlindən gələni edir.

Mi-24 helikopterinin pilotlarının bilərəkdən provokasiyaya əl atdıqları istisna deyil.

Hərb elmində “emotional tug of war”, yəni “əsəb möhkəmliyinin yoxlanması” ifadəsi var.

Qarabağ savaşı ilə bağlı olaraq Azərbaycan-Ermənistan sərhədində ölkəmizin HHQ-nin ən yüksək döyüş hazırlığı şəraitində, gərgin gözlənti durumunda olduğunu əla bilən pilotlar sərhəddəki sistemi “dişə vurub yoxlamaq” qərarına gəliblər.

Bu, pilotların öz təşəbbüsü də ola bilər. Amma inanmıram. Çox yəqin ki, Ermənistandan bəlli “mükafat” qismində tapşırıq alan pilotlar insidenti törədiblər.

Məqsəd Rusiya və Azərbaycan arasında münasibətləri ifrat gərginləşdirməkdir.

✅ 4-cü sual: nə olacaq?

Azərbaycan XİN-nin olayla bağlı yaydığı bəyanatdan bəzi məqamları xatırladım:

❗Hhelikopterin uçuşu bilavasitə Azərbaycan-Ermənistan dövlət sərhədinin yaxınlığında olub, halbuki Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv silahlı toqquşmalar davam edir.

❗Uçuş gecə saatlarında, Hava Hücumundan Müdafiə Qüvvələrinin radar aşkarlanması zonasından kənarda olub.

❗Rusiya Federasiyasının Hərbi-Hava Qüvvələrinin helikopterləri sözügedən rayonda aşkarlanmamışdılar.

❗Göstərilən amillərin, bölgədəki gərgin şəraitin və erməni tərəfinin mümkün təxribatları ilə bağlı yüksək döyüş hazırlığını nəzərə alaraq növbətçi döyüş növbəsi tərəfindən helikopterin vurulmasına qərar verilib.

❗Azərbaycan tərəfi təsadüf səciyyəli olan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəli insidentə görə Rusiyaya üzrxahlıqlarını çatdırır.

❗Azərbaycan tərəfi helikopter heyətinin həlak olmuş mənsublarının ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara mümkün qədər tez sağalmağı arzulayır.

❗Azərbaycan tərəfi müvafiq təzminatı ödəməyə hazır olduğunu bildirir”.

Beləliklə, rəsmi Bakı insidenti dərhal həll etməyə hazır olduğunu bəyan edib. Rəsmi Moskva bu bəyanatı anlayışla qarşılayıb.

Niyə belə düşünürəm?

Rusiya mediası, xüsusilə də telekanallardakı reaksiyanı izlədim. Soyuqqanlı, aramlı. Kreml qəzəbli olsaydı – Suriyada Rusiyanın təyyarəsinin Türkiyənin F-16-sı tərəfindən vurulmasından sonra olduğu kimi – indi Rusiya TV-lərində əməlli isteriya, vakxanaliya idi. Həmin situasiya müşahidə olunmur.

İnsident dövlətlərarası müzakirələr çərçivəsində həll olunacaq və günahkarlar cəzalanacaq. Buna əminəm.

Mi-24-ün həlak olmuş pilotlarını Ermənistanın mükafatlandırmaq qərarı da çox mətləbdən xəbər verir. Xeyir ola, Mi-24 pilotları Ermənistan maraqları çərçivəsində hansısa əməliyyat keçiriblər ki, İrəvan da onları mükafatlandırır?

Və…

Rusiya Qarabağa qoşun yeritməyəcək. Nə Ermənistanla ikitərəfli anlaşmalar, nə də KTMT çərçivəsində.

Bəli, faciəli insidentdir, amma Azərbaycanla Rusiya arasında ifrat gərginliyə səbəb olmayacaq.

Təbii, yazdıqlarım subyektiv fikirlərimdir.

Elçin Alıoğlu

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button