Top.Mail.Ru
ARAŞDIRMAbanner

Azərbaycanda vay-şüvən salan qüvvələr – “K” dərnəyindən azad fikir yoxsa milli xəyyanət?

Sorosun sevimli cütlüyü Makron və Paşinyanı demokrat hesab edənlər bu gün məğlubiyyətimizdən, milli fikiri isə faşizm kimi təbliğ edənlər milli xəyyanətdən danışırlar.

Diqqətlə baxaq. Dünəndən bu günə nə dəyişib? Bu şəxslər, konkret desək, ölkə daxilində Əli Kərimli və onun dərnəyi, xaricdə, yəni əsasən Avropada oturan şəxslər necə oldu dəyişdilər?

Saytların yığılması Saytların yığılması

Əvvəla ordan başlayaq ki, bu gün vay-şüvən salan qüvvələr əslində Rusiyanın hegemonluğunu, məğlub edilməzliyini təbliğ edirlər. Belə ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycana gəlişini hər şeyin bitməsi kimi cəmiyyətə çatdırırlar. Bu fikri səsləndirənlər bir mənalı olaraq, milli düşmənlərdir. Çünki, hər kəs gözəl bilir ki, 44 gün biz təkcə erməni ilə deyil, əslində Rusiya, Fransa və İranla savaşdıq.

Müharibənin nəticəsi məlumdur. Döyüş meydanında şanlı ordumuz öz gücünü şər üçbucağına göstərdi. Bu zəfəri qəbul edə bilməyən imperalist güclər, daxilimizdə olan Əli Kərimli kimi satqınların vasitəsi ilə qalibiyyətimizə kölgə salmağa çalışır və həmçinin milli birliyimizi pozmağı hesablayırlar. Türk – İslam düşməni olan Makronu demokrat hesab edən Əli Kərimli hansı üzlə dövlətçilikdən, milli birlikdən danışır? 44 günlük Vətən Müharibəsi günlərində soros uşağı makronun Azərbaycanın və Türkiyənin əlehinə etdiyi çıxışlara qarşı özünü milli xilaskar kimi qələmə verən Kərimli və Avropada oturan “qəhrəmanlar” Həbib Müntəzir, Qənimət Zahid, Natiq Ədilov və digərləri niyə ona cavab vermədilər? Yəqin ki, qorxdular. Çünki, mədələri boş qalardı. Bax budur, Əli Kərimli və onun dərnəyinin vətən, dövlət sevgisi.

Diqqətlə baxın, bu gün Azərbaycan hökumətini milli xəyanətdə kim günahlandırır? Talış separatçılığını təbliğ edən Azər Kazımzadə, məhşur Leyla, Arif Yunuslar ailəsi, Emin, Mehman Hüseynov qardaşları. Bir daha diqqətlə baxın, qələbəmizə kölgə salanların siyahısına. Bu, o şəxslərdir ki, onlar erməni lobbisinin və soros fondunun kölələrinə çevrilib, elə canfəşanlıq edirlər ki, ölkə daxilində çaşqınlıq, qarşıdurmalar yaratsınlar. Eyni zamanda qeyd etmək lazımdır ki, adları çəkilən bu şəxslər uzun müddət Rusiyanın sevimlisi “milli şura” adlı qurumun rəhbəri Rüstəm İbrahimbəyovu xilaskar görürdülər. Əminik ki, sadaladığımız faktlar xalqımıza kimin kim olduğunu bir daha sübut edir. Şanlı ordumuzun qələbəsi çoxlarını məyus edib. İşgal altındaki torpaqrların azad edilməsi, ərazi bütövlüyümüzün bərpası Azərbaycanı sevməyən qüvvələri çox narahat edir.

Azərbaycan regionun qalib ölkəsidir. Dövlətimizin gücü dosta güvən, düşmənə göz dağıdır. Buna görə də düşmən qüvvələr son patronlarını atır. Gecdir. Uduzmusuz. Məğlubiyyətinizi qəbul edin. Bu gün
İlham Əliyev təkcə Azərbaycanın deyil, həmçinin regionun xilaskarıdır. İlham Əliyev Azərbaycanın, regionun və dünya siyasi tarixinə adını qızıl həriflərlə yazdırmağı bacardı.

Belə ki, Qafqazlarda olan iki üzlü rus hegemonluğuna son qoydu. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözləri ilə desək – “indiki vəziyyət tamamilə əksinədir. Bunu xüsusilə siyasi möhtəkirlər üçün yazdım ki, onlar məni yeni xatırlatmalara təhrik etməsinlər”.

“Kainat” Analitik İnformasiya Mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir