Top.Mail.Ru
ARAŞDIRMAbanner

Avropa birliyi və Fransa PROJESİ – Azərbaycanda fransız, rus və İngilis xətkeşi(TƏHLİL)

Avropa daim sümürgəçilik, daha doğrusu imperalist siyasəti apararaq daxili inkişafına nail olmuşdur. Tarixə ingilis, fransız, rus və digər imperalist güclər öz adlarını əməli fəaliyyətləri ilə yazdığını unutmamaq lazımdır.

Fransanın Əlcəzair və Tunisdə törətdiyi soyqırımları və illərlə həmin ölkələrin yeraltı və yerüstü sərvətlərini necə taladığını dünya gözəl bilir, lakin hər kəs susur. Məlum susqunluğun bir səbəbi var. Çünkü, dünyada güc mərkəzi adını verdiyimiz ölkələr özləri də eynən Fransadır. Bu gün də imperialist güclər Afrikada, ərəb dünyasında və regionumuzda həmin siyasəti, yəni sümürgəçilik siyasətini davam etdirirlər. Bu baxımdan çox da böyük olmayan Azərbaycanın regionda və dünyada apardığı siyasət çoxunu narahat edir. Belə ki, beynəlxalq hüququ əsas götürərək, öz ərazisini bərpa edən Azərbaycana qarşı rəsmi Parisin sərgilədiyi mövqe Fransa dövlətinin mahiyyətini sübut edir. İşğalçıya haqq qazandırmaq özünün işğalçı olmasını sübut edir. Bununla yanaşı qeyd etmək lazımdır ki, əgər bu dövlətlər, yəni Fransa, Amerika və Rusiya həqiqətən insanların yaşayış hüququnu bərpa edirlərsə, bəs niyə ermənistandan qovulmuş Azərbaycanlılar yadlarına düşmür? Bu gün Xankəndi və digər şəhərlərin ermənilər üçün təhlükəsizliyini qoruyanlar ermənistanda Azərbaycanlılar üçün bu şəraiti yaratmır?

Saytların yığılması Saytların yığılması

Bu suallar dünyada ikili standartın olduğunu, daha doğrusu xristian həmrəyliyini çılpaqlığı ilə sübut edir. Yaşadığımız bu günlərdə Azərbaycanın qardaş Türkiyə ilə birlikdə apardığı siyasət Fransanı açıq şəkildə qıcıqlandırır. Türkiyənin Suriya, Liviya və Azərbaycanda dirənişi və mövqeyi imperalist gücləri çox narahat edir. Avropa mətbuatı Ərdoğan hökumətini Osmanlı imperiyasını bərpa etmək fikrində olduğunu təbliğ edərək Türkiyəni imperialist, işğalçı qüvvə kimi tanıtmağa çalışır. Avropa təmənnasız yardım anlayışını qəbul etmə təfəkküründə deyil. Buna görə də Türkiyənin mövqeyini başa düşə bilmirlər. Azərbaycanın haqq işində Ankaranın dəstəyi danılmazdır. Bu dəstəydə Türkiyə hansısa qazanc hesablamamışdır. Bu qardaşın qardaşa köməyidir. Qardaş köməkliyi Avropa mədəniyyətində yoxdur. Avropanın daim marağı olur, dostu, qardaşı olmur.
Siyasi, sosial, iqtisadi, hərbi təhlil aparmadan tarixi nağıl kimi oxumaq, problemlərin həllində və gələcəyi planlamaqda heç bir köməklik etməyəcək. Tarixini bilməyən və kimliyinə sahib çıxa bilməyən xalqların sərhədlərini imperialist güclər təyin edər. Buna bariz misal, ərəb dövlətlərini göstərmək olar. İngilis xətkeşi ilə yaradılan ərəb dövlətlərinin bu günkü durumuna diqqətlə baxaq.

Biz imkan verməməliyik ki, hansısa xətkeş bizim sərhədləri çəksin. Hər şey sərhəddən başlayır. Bu günə kimi çox kiçildildik. Bundan sonra nə kiçilməyə, nə də bölünməyə təhamül etməməliyik. Azəbaycan hökumətinin bu günkü dirənişini heç kim gözləmirdi. Bu dirəniş bir çoxlarının, o cümlədən Fransanın yuxusuna haram qatmışdır. Böyük ehtimalla bu yuxusuzluq ölkəmizdə bir çox hadisələrin baş verməsinə səbəb olacaq. Əsasən siyasi möhtəkirlər hansısa “problemləri” işıqlandırmaqla gündəmə gələcəklər . Bu sapı özümüzdən olan satqınlar hər zaman sümürgəçi güclərin əlaltısı olmuşdur. Çünki, Avropa istədiyi qazancı əldə edə bilmədiyi məkanda hər zaman daxili qarşıdurmalar yaratmaqla vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar.

Təbii ki, adını demokratiya, insan hüquq və azadlığı qoyurlar. Baxaq görək Bakıda külək hardan əsəcək. Amma unutmayaq Bakı zatən küləklər şəhəridir.

Kainat Analitik İnformasiya Mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir