DTX-nin həbs etdiyi məmurlara ev dustağı cəzası – XİN-ə YENİ TƏYİNAT

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsində bir sıra şöbələr birləşdirilib.
İdarənin Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsi və konsulluq hüquq şöbəsi ləğv edilib əvəzinə Konsulluq məsələləri şöbəsi yaradılıb.
Yeni yaradılan şöbənin rəisi vəzifəsinə Əli Qarayev təyin olunub.
KAİM.AZ xəbər verir ki , bu ilin iyul ayında DTX-nin keçirdiyi basqın zamanı Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov, Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
26 sentyabrda Səbail rayon Məhkəməsində N.Abdullayev və İ.Əliyevin ev dustaqlığına buraxılmaları ilə bağlı vəsatətə baxılıb və hakimin qərarı ilə hər iki şəxs ev dustaqlığına buraxılıb.
Ağaliyev Kənan