Top.Mail.Ru
ARAŞDIRMAbanner

Ermənilərlə eyni səngərdən şiələrə baxan İran səfiri: Gerizəkalılığın nirvanası buna deyərlər – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

İranın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri deyir ki, Ukrayna hökuməti İran-Ermənistan-Gürcüstan-Ukrayna nəqliyyat marşurutunun reallaşmasına dəstək versə, biz də Krımın azad edilməsində ukraynalılara kömək edə bilərik.

Özlərinin 2000 illik dövlətçilik və bir o qədərdə diplomatiya, geopolitika, geostrategiya tarixi və təcrübəsi ilə qürrələnən bir ölkənin səfirinin dediyinə baxın.

Qərbin ağır iqtisadi sanksiyalarına məruz qalarkən Rusiyaya sığınan, Suriyadakı varlığının Bəşər Əsəddən deyil, birbaşa Putindən asılı olan bir dövlətin səfiri görün nə deyir.

Putin Krımı, Ukraynanın şərqindəki Donetsk və Luqanskını da faktiki olaraq separatçıların əli ilə işğal edib. Üstəlik, ABŞ və Avropa İttifaqı Rusiyanın Ukraynadakı işğalçılıq siyasətinə etiraz əlaməti olaraq, rəsmi Moskvaya ağır sanksiyalar tətbiq edib, Putinin yan-yörəsindəki fiqurları qara siyahıya salıb. Bütün bu həqiqətləri bilə-bilə, görə-görə İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahiyanın Kiyevdəki səfiri Krımın işğaldan azad olunmasından dəm vurur.

Naşılığın, görgüsüzlüyün, absurdizmin gəldiyi son etap, kuliminasiya nöqtəsi, gerizəkalılığın nirvanası buna deyərlər.

Digər tərəfdən, Abbas Zohurinin vasitəsi ilə İran dövləti etiraf etmiş olur ki, onun sivil dünya ilə əlaqəsi Ermənistan olmasa kor düyünə çevrilər. Məhz Ermənistan və Gürcüstan rejimin nəfəsliyidir və bu nəfəsliyin əhəmiyyəti, vacibliyi heç də strateji Hörmüz boğazından az deyil. Ancaq teokratik rejim onu da gözəl dərk edir ki, Ermənistandan fərqli olaraq Gürcüstan və Ukrayna heç də mollanın dediyi ilə oturub-duran da deyil, ona əmənna deyən də.

P.S. Başlıqdakı şəkildə Abbas Bədəxşan Zohurini görürsünüz. 44 günlük müharibədən sonra bu adam Ermənistan və Azərbaycan əsgərlərinin təmas xəttində erməni əsgərləri ilə bizim tərəfə boylanırdı. O, həmin tarixdə İranın Ermənistandakı bilmərrə fövqəladə və səlahiyyətli elçisi idi.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button