Top.Mail.Ru

ARAŞDIRMAbanner

Rusiyada böyük inqilab: dövlət çevrilişinə hazırlaşan nüfuz sahibləri Putini tarix edir – ARAŞDIRMA

Bir çox siyasətçilər və politialoqlar Kremldə çətin anların yaşanacağını proqnozlaşdırır. İddia olunur ki,  Rusiyada yaz sonunda və ya payız əvvələrində çevriliş olacaq. Moskvada baş tutacaq böyük insan kütləsi Putin və iqtidarını yox edəcək.

“Rusiyada tezliklə çevriliş olacaq” digər həqiqətləri isə xarici Xüsusi Xidmət orqanlarınının sətiraltı açıqlamalarında görmək olar.

Əslində Rusiya siyasi meydanında nələr olur və nələr baş verəcək?

Prezident Putinin uzun illərdir hakimiyyətdə olması düşməninin çox, dostunun az olmasına gətirib çıxarıb. Bu onun uzun müddət hakimiyyətdə qalması ilə əlaqəli deyi. Rus xalqı da yaxşı bilir ki, Putin, xarici siyasətindəki ciddi tələsgənliklər və yanlış qərar verməkdə müttəfiqlərini getdikcə itirir. Bu gün onun reytinqinə nəzər salsaq, görərik ki, 49 faiz xalqın dəstəyini ala biləcək lider olaraq qalır. Amma bu göstəricilər əvvəlki seçki illərində daha da yüksək olması danılmaz fakt ididi.

Son analitik anketlərə nəzər salsaq görərik ki,  Putinin ictimai dəstəyi yüzdə 49 nisbətindədir. Dünyada daha çox Koronavirusun geniş yayıldığı şərtlərdə cəmiyyətdəki etibarsızlıq, ümumiyyətlə ilk mərhələdə liderlərin baxışaçısına təsir edir. Düzgün qərarlar liderin güclənməsi ilə nəticələnir, (İlham Əliyev, Baden, Johnson, Ərdoğan nümunədir) əks halda isə liderə dəstək artmır, azalır.

Rus liderinin natamam qərarları və bir-birləri ilə ziddiyyət təşkil edən daxili və xarici siyasəti onun çox da yaxşı olmayacaq sonluğa yürüdüyünün xəbərçisidir. Deyə bilərik ki, kommunistlərin lideri Zyuganov və millətçi lider Jirinovskinin kifayət qədər qoca olmaları Putin hakimiyyətini tənəzzüldən qurtarmağa yetməyəcək. Onlar müxalifətdəki yerlərindən məmnun olsalar da, kritik məsələlərdə ayağa qalxıb liderlərinə dəstək ola bilməyəcəklərin dəfələrlə sübut ediblər. Rus xalqı artıq tarix olmuş qocaman liderlərlərə yox, dünyəvi düşünüb, milli qərarlara söykənə biləcək gənc liderə ehtiyac düyub, inanmaq istəyir.

Bu gün Moskvada, eləcə də rusiyanın ən iri əyalətlərində narazılıq çox sürətlə artır. İqtisadiyyat onsuz da pis vəziyyətdədir. Neftin ucuzlaşması, bir tərəfdən də Korona Rusiya xalqına ağır zərbələr vurdu. Neft və qaz Rusiyada ÜDM-in yüzdə 20, büdcənin yüzdə 40, ixracatın isə yüzdə 60 faizi deməkdir. Neftin qiyməti 30 dollardan aşağı düşsə, Rusiya iqtisadiyyatı ən azı 20 faiz çökəcək. Rusiyanın Əmək nazirliyinin proqnozlarına görə, rəsmi məlumatlara əsasən bu gün 1,6 milyon olan işsizlərin sayı 2020-ci ilin sonunadək 2,5 milyona artaraq böyük ordu halına gəlməkdədir. Buna rəsmi Kremlin də açıqılamasını əlavə etsək görərik ki,  ölkədə daha 20 milyona yaxın kasıb var. Hər iki rəqəmi toplasaq, bu rəqəm 40 milyona yaxın insan ordusunun carəsiz hala qalması deməkdir. Görünən, gediş pis və sürətlidir. 147 milyon əhalisi olan Rusiyada yoxsulluq və işsizlik həddi 40 milyon, minimum əmək haqqı isə aylıq 12 min 130 rubl və ya 170 dollar yəni 290 AZN civarındadır. Bu da Rus xalqının həyat tərzinin elə də yaxşı olması demək deyil.

Qeyd edim ki, Komsomolskaya Pravda qəzetinin (ümumiyyətlə müxalifət və marginal olmayan) radio yayımında məşhur iqtisadçı, akademik Dumanın müşaviri Mihail Delyagin Kremlin tezliklə ordu tərəfindən alınacağını söylədi və yayım əsnasında sadə bir anket etdi. Yüzdə 18-i mənfi, yüzdə 82-si çevrilişə müsbət yanaşa biləcəklərini ortaya qoydu.

Bundan başqa  Xarici İqtisadi Əlaqələr Jurnalının baş redaktoru Maksim Fedorenko, Qərbin tətbiq etdiyi sanksiyaların, neft qiymətlərinin düşməsinin və Corona mühitinin ilk mərhələ olduğunu iddia edərək, Putinin hakimiyyətdən uzaqlaşdırılması üçün üç mərhələli bir planın həyata keçiriləcəyinin müdafiəsinə qalxdı. Putinin hakimiyyətdən çəkilməsindən və fövqəladə vəziyyət elan edilməsindən sonra gələcəyini və sonra (ən maraqlısı üçüncü mərhələ) Rusiyadakı sistemin qlobal bazarlara inteqrasiya ediləcək şəkildə yenidən qurulacağını yazdı. Yaxşı, bu çevrilişin aktyorları kim olacaq? Oliqarxlar, yəni dövlətin əsas vəzifələrini tutan ən varlı ruslar və liberal düşüncəli bürokratlar (Mərkəzi Bankın Başçısı Nabiullina, Hesablama Məhkəməsinin sədri Kudrin, Sberbank baş direktoru Gref, keçmiş Baş nazir Medvedev, nanotexnologiya agentliyinin direktoru Cubays) və ya kimlər?

Söz sahiblərindən biri olan Çubayev (Leninqraddan çıxmış və həmişə Yeltsin dövründə olduğu kimi Putində də əhəmiyyətli vəzifələrdə olmuş)  Forbes-ə verdiyi açıqlamada, indi başlayan beynəlxalq iqtisadi böhranın yaxın perspektivdə heç bir böhrana bənzəməyəcəyini, orta siniflərin azalacağını və yoxsulların viran qalacağını, bu vəziyyətin siyasi nətici olaraq inqilabi dəyişikliklərin kecikdiyini belə söylədi.

Hətta, Sergey Markovun sözü ilə desək, çevriliş planlarının arxasında “Rusiyanı ABŞ-ın kuklasına çevirmək istəyən qüvvələr artıq çoxdan hərəkətə kecdiyini və artıq Putin çevriliş cəhdinin qarşısını ala bilməyəcəyini, sığınacaqda gizlənməsi belə ona kömək etməyəcəyini xəbər vermişdi.

Ən nəhayyət, mühafizəkar rus mütəxəssislərini birləşdirən İzborsk Klubunun direktorlarından biri Vitaliy Averyanov, oliqarxların və Medveden hökumətinin çevriliş planını həqiqətən tətbiq etdiyini və Putinin yanvarın ortalarında hökuməti istefaya göndərəcəyini vurğulayıb. Rusiyanın Baş prokuroru Yuriy Tchaka və Putinin güclü məsləhətçilərindən Vladislav Surkovun işdən çıxarılmasının bunun davamı olduğunu da qeyd edib.

Mübarizənin davam etdiyini iddia edənlərdən biri, Putinin KQB məktəbindəki sinif yoldaşı, uzun illər ABŞ-da yaşayan Yuriy Shvetsin olduğu bildirilir. 1999-cu ilin sonlarında Rusiyada tətbiq olunan ssenariyə bənzər bir ssenarinin yaz sonunda və ya payızda tətbiq ediləcəyi xəbərləri də var. 31 dekabr 1999-cu ildə Prezident Yeltsin istefa verdiyini və yerini Baş nazir Putinə təslim etdiyini və qısa müddətdə keçiriləcək prezident seçkilərində Putinə dəstək verilməli olduğunu söyləmişdi.

Başqa nümunələr də var, deyək ki, bu kifayətdir. Görünən odur ki, çox yaxın gələcəkdə Rusiyada inqilab olacaq, həmin o gün Putin və komandası tarixin illərinə qovuşacaq. Buna heç kimin şübhəsi olmasın.

“KANİNAT” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button