Top.Mail.Ru

ARAŞDIRMAbanner

Putinin Qarabağda ömürlük beynəlxalq mandat alma PLANI: Terror olayları DURMAYACAQ -TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Ordumuzun dünən şəhid olan hərbi qulluqçusu Həmzəyev Əfqan Bəhram oğlunun ailəsinə başsağlığı diləyirəm.

Şəhid Həmzəyev Əfqan Bəhram oğlu
Şəhid Həmzəyev Əfqan Bəhram oğlu

Görünən odur ki, rus “sülhməramlıları” nəzarət etdikləri ərazidə erməni silahlı birləşmələrini ya kontrol edə bilmir, ya da özü qəsdlə bu kimi insidentlərə şərait yaradır.

10 noyabr üçtərəfli razılaşmanın müddəalarından biri də budur ki, Dağlıq Qarabağ ərazisindəki illeqal erməni silahlıları bölgədən çıxarılmalıdır. Ancaq gəlinən nəticə budur ki, üçtərəfli müqaviləyə imza atan Rusiya prezidenti erməni silahlılarını ərazidən çıxarmaq istəmir. Əgər Yuxarı Qarabağda 20-25 minlik etnik erməninin təhlükəsizliyini rus “sülhməramlıları” qoruyursa və ya buna məsuliyyət daşıyırsa, əli silahlı ermənilərin orda nə işi ola bilər…

Loading...
Yazının davamı reklamdan sonra

Hazırda Yuxarı Qarabağda son günlər baş verən ardıcıl provakasiyalara görə Rusiya məsuliyyət daşıyır. Bundan əvvəl Suqovuşandan Kəlbəcərə gedən Azərbaycana aid maşın karvanına da ermənilər atəş açmışdı. Doğrudur, həmin maşın karvanını rus “sülhməramlıları” müşaiyət edirdi. Lakin bu, heç bir halda “sülhməramlı”ları məsuliyyətdən azad etmir. Yadınızdadırsa, 80-ci illərin sonu 90-cı illərin əvvəlində də Dağlıq Qarabağ ərazisindəki həm mülki ermənilər, həm də ayrı-ayrı silahlı dəstələr azərbaycanlıları ya güllə atəşinə tuturdular, ya daşa basırdılar. Biz belə düşündük ki, 44 günlük ikinci Qarabağ müharibəsindən sonra problem böyük ölçüdə həll olunub, indi Azərbaycan və Ermənistan ərasında sülh müqaviləsinin imzalanması istiqamətində hazırlıqlar başlayacaq, Zəngəzur dəhlizi açılacaq və nəhayət bir müddət sonra Xankəndi, Ağdərə, Xocalı və Xocavənd Azərbaycanın yurisdiksiyasına daxil olacaq. Təəssüflər olsun ki, vəziyyət gərginləşir, hətta deyərdim ki, prosesin nəzarətdən çıxma ehtimalı da var.

Bu, hazırda Suriyanın şimalındakı proseslərə bənzəyir; orda da guya Rusiya, İran və Türkiyə arasında Astana platformu adlı sülh prosesi var, lakin terror hadisələri buna rəğmən az qala hər gün baş verir.

Təkrar edim ki, Yuxarı Qarabağda baş verən bu sayaq terror olayları durmayacaq. Səbəb çox sadədir: Putin 4 il sonra mandatı bitəcək rus “sülhməramlı”larını nəyin bahasına olursa olsun Qarabağda saxlamaq istəyir. Bildiyiniz kimi, razılaşmaya görə, ruslar Azərbaycan tərəfinin istəyəcəyi halda ərazidən çıxmalıdır.

Proqnozum bundan ibarətdir ki, 2025-ci ilin sonlarına yaxın ruslar Yuxarı Qarabağda hadisələri gərginləşdirəcəklər və bütün dünyaya nümayiş etdirəcəklər ki, görün, əgər biz buranı tərk etsək, azərbaycanlılarla ermənilər birbirini qırmağa başlayacaq. Putin terror hadisələrini ona görə intensivləşdirəcək ki, 2025-ci ildə öz “sülhməramlıları” üçün həm beynəlxalq mandat ala bilsin, həm də növbəti 5 il üçün deyil, ömürlük ərazidə qalsın – qeyri-məhdud müddətə.

Rəsmi Moskva regionda nəqliyyat sisteminin bərpasında maraqlı görünsə də, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Əgər 1994-cü ildən 2020-ci ilə qədər bir status-kvo mövcud idisə, bundan sonra da Rusiyanın geopolitik maraqlarını özündə ehtiva edən növbəti status-kvo yaranıb. Hasil olan nəticə budur ki, ruslar hələ uzun illər Cənubi Qafqazda qalmaqda davam edəcəklər.

Çox təəssüflər.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button