Top.Mail.Ru

ARAŞDIRMAbanner

Molla rejiminin çəkindiyi İran əsilli Nazənin: Xameneinin dolayı yolla Avropadan İNTİQAMI – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Nazənin Zəqari Rətkliff İran əsilli Böyük Britaniya vətəndaşıdır. O, Britaniya vətəndaşı ilə evlidir və 7 yaşında qız övladı var. Zəqari “Röyters” (Thomson Reuters Foundation) agentliyində proyekt meneceri vəzifəsində işləyirdi. Deməli, Zəqari 2016-cı ildə İrana ailəsini görməyə gəlir və hər şey də elə bundan sonra başlayır. Rejimin əmrinə müntəzir olan hüquq-mühafizə orqanları Nazənin Zərqarini İran əhalisini rejim lideri Ayətullah Xameneiyə qarşı üsyana çağırmaqda və ölkədəki teokratik sistemə qarşı provakasiyada günahlandırırlar(?).

Bu ilin aprelində Zəqarinin 5 illik həbs müddəti başa çatmışdı. Ancaq rejim Zəqarinin İrandan çıxışına 12 ay qadağa qoyaraq növbəti dəfə ona qarşı cinayət işi açıb. Belə ki, Zəqarinin vəkili qərardan apellyasiya şikayəti versə də, bu, məhkəmə tərəfindən rədd edilib. İndi hər an Nazənin Zəqari həbsxanaya göndərilə bilər.

Loading...
Yazının davamı reklamdan sonra

Ümumiyyətlə, İran hökuməti tez-tez xarici pasport daşıyan insanları öz ərazisində həbs edir. Bu yaramaz mübarizə üsulu teokratik İran rejiminin köhnə azarıdır. Rejim (ETTELAT-İran Kəşfiyyat Nazirliyi) əvvəlcə xarici vətəndaşlara əməkdaşlıq təklif edir və onları “verbovka” etməyə cəhd edir. Rejimin şərtlərinə razı olmayanları isə ya uzun müddətli həbs edir, ya da müəyyən müddət onlara İran ərazisini tərk etməyə imkan vermir.

Böyük Britaniyalı şəxslərin həbs olunmasının ən vacib səbəblərindən biri budur ki, Şah zamanından rəsmi London silah satışı müqabilində İrandan 400 milyon funt sterlinq pul alıb, ancaq silahları bu ölkəyə göndərməyib. Hətta ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra da İrandan xam neft məhsulları alan Cənubi Koreya da İrana borclu olduğu məbləği ödəmir.

Nazənin Zəqari mövzusuna qayıtsaq deyə bilərəm ki, qosqoca İran dövləti bir qadının anti-rejim əleyhinə fikirlərindən guya qorxurmuş. Əslində, məsələ yuxarıda da vurğuladıgım kimi, pul məsələsidir. Yoxsa ki, bu gün İranda mövcud kleptokratik rejimə qarşı heç vaxt olmadığı qədər müxalif əhval-ruhiyyə var. Bəzən İranın ayrı-ayrı şəhərlərində etirazçılar ali rəhbər Xameneinin portretlərini yandırırlar, cırırlar.

Həmişə dediyim kimi, İran xalqı yaradıcı, böyük potensialı olan qövmdür. Gəl gör ki, rejim elə bir mühit yaradıb ki, o qədər fərdi və kollektiv təşəbbüsləri boğub ki, İran cəmiyyəti kənardan da, daxildən də boz, qara və ümidsiz görünür. Çünki mövcud rejim təkcə qadın haqqlarını deyil, ümumilikdə insanların təşəbbüslərini də öz beşiyində boğur – həm fərdi, həm də kollektiv şəkildə.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button