Top.Mail.Ru

bannerDÜNYA

İran İsrail müharibəsi – SON DƏQİQƏ

İranın nüvə proqramının rəhbəri Möhsün Fəxrizadənin öldürülməsindən sonra Ali lider Ayətullah Seyid Əli Xameneiyə yaxınlığı ilə tanınan “Kayhan” qəzeti hədəf alınacaq İsrail şəhərinin adını qeyd edib.

KAİM.az  xəbər verir ki, İran sui-qəsddə İsraili şübhəli hesab edir.

“Assoşieyted Press” agentliyi “Kayhan”ın yazdığı xəbərə istinad edərək İsrailin liman şəhəri olan Hayfanın vurulacağını qeyd edib.

“Hayfaya ediləcək hücumda yüzlərlə insan öldürülməli və Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ əsgərlərinə atılan ballistik raketlərdən daha böyük olmalıdır”, – xəbərdə vurğulanıb.

Qeyd edək ki, liman şəhəri olan Hayfada 2019-cu ilin statistikasına uyğun olaraq 272 min nəfər yaşayır.

(Publika.az)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button